SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3376_sahil-babayev-isgaldan-azad-edilmis-razil-rd-muasi

CƏMİYYƏT

Hamısı

Sahil Babayev: “İşğaldan azad edilmiş ərazilərdə müasir sosial infrastruktur qurulacaq”

(2 Yil, 4 Ay öncə) 760 İzlenme 0 Yorum
Sahil Babayev: “İşğaldan azad edilmiş ərazilərdə müasir sosial infrastruktur qurulacaq”

“2020-ci il Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfəri ilə tariximizə qızıl hərflərlə yazıldı. Artıq azadlığına qovuşmuş doğma yurd yerlərimizin bərpası və yenidən qurulması işləri çərçivəsində həmin bölgələrdə müasir sosial infrastruktur qurulacaq”.

Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə keçirilən iclasda bildirib.

İclas Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunan müşavirədə dövlət başçısının sosial sahə ilə bağlı verdiyi tapşırıqların icrası üçün qarşıda duran vəzifələrə həsr olunub.

 

Nazir diqqətə çatdırıb ki, 2020-ci ildə sosial müdafiə və aktiv məşğulluq proqramları əhəmiyyətli dərəcədə genişlənib. 

S.Babayev bildirib ki, ötən il 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulub, artıq yaxın günlərdə bu planın icrası tam başa çatacaq. Dövlət başçısı bu proqramın cari ildə də davam etdirilməli olduğunu, Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına, yaxınlarına evlər veriləcəyini bildirib. Bu tapşırığın icrası ilə bağlı işlər Nazirlik tərəfindən yüksək səviyyədə yerinə yetiriləcək.

Ötən il özünüməşğulluq proqramının daha da genişləndirilərək, 12 min şəxsi əhatə etdiyini deyən nazir 2021-ci il üçün proqrama bundan daha çox olmaqla 16 min şəxsin cəlb olunmasının planlaşdırıldığını bildirib. O, ötən il daha bir DOST mərkəzinin, müasir tələblərə uyğun qurulmuş altı reabilitasiya müəssisəsinin açıldığını deyib. Ərazilərimizin işğaldan azad edilməsi uğrunda döyüşlərdə yaralanmış qəhrəman insanlarımızın müalicə tədbirlərindən sonra kompleks tibbi-sosial reabilitasiya xidmətləri ilə əhatə olunmaları üçün müasir reabilitasiya sistemi yaradıldığını qeyd edib. 

S.Babayev Nazirliyin e-arayış xidmətlərinin sayının daha da artaraq 61-ə (o cümlədən proaktiv xidmətlərin sayının 34-ə) çatdığını deyib, son bir ildə 95 min pensiya, müavinət, təqaüd təyinatının elektron qaydada, proaktiv şəkildə aparıldığını, ünvanlı dövlət sosial yardımı proqramının genişləndirildiyini diqqətə çatdırıb. O, bu il də qeyd edilən istiqamətlərdə yeni mühüm işlərin aparılacağını vurğulayıb.

İclasda dövlət başçısının tapşırıqlarının icrası olaraq görüləcək işlər ətraflı müzakirə olunub. 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı