SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3346_din-d-n-x-b-rdarliq-h-r-k-tin-icaz-veril-n-s-xsl-r

CƏMİYYƏT

Hamısı

DİN-dən XƏBƏRDARLIQ: “Hərəkətinə icazə verilən şəxslər sui-istifadə edərək, bölgələrə gedirlər”

(2 Yil, 4 Ay öncə) 1,10 B İzlenme 0 Yorum
DİN-dən XƏBƏRDARLIQ: “Hərəkətinə icazə verilən şəxslər sui-istifadə edərək, bölgələrə gedirlər”

Koronavirusun geniş yayılmasının qarşısının alınması üçün respublikanın beş şəhər və 12 rayonunda sərtləşdirilmiş karantin rejiminin qaydalarının təmin olunması məqsədilə Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, əsas diqqət mövcud vəziyyətdə koronavirusa yoluxmanın qarşısını almağa yönəlib:

“Bu məqsədlə sözügedən ərazilərdə karantin postları qurulub. Həmin karantin postlarında müvafiq icazə almadan hərəkət etməyə cəhd edən şəxs və ya şəsxlərin qarşısı alınaraq, onlar barəsində qanunamüvafiq tədbirlər görülür.

Bütün bunların əsas məqsədi hər bir hərəkət iştirakçısının Nazirlər Kabinetinin qərarına uyğun olaraq izolyasiya qaydalarına ciddi əməl etməsini təmin etməkdir”.

Elşad Hacıyev xüsusilə fəaliyyətinə icazə verilən sahələrdə çalışan şəxslərin regionlara getməsi ilə bağlı məsələyə toxunub:

“Nazirlər Kabinetinin qərarına uyğun olaraq fəaliyyətinə icazə verilən sahələrdə çalışan şəxslərin Bakı, Abşeron və Sumqayıt şəhərlərində yaşayıb, işləməsinə baxmayaraq, kütləvi şəkildə bölgələrə getməsi müşahidə olunur.

Həmin şəxslərin onlara verilən icazələrdən sui-istifadə etməsinin qarşısını almaq üçün karantin postlarında nəzarət-profilaktik tədbirlər gücləndirilib.

Bu gün ölkədə hər bir şəxsin üzərinə düşən əsas vəzifələrdən biri koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə qaydalara riayət etmək və məsuliyyətli olmaqdır”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı