SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3101_-az-riqaz-dan-guz-stli-limit-h-ddi-il-bagli-vacib-

SON XƏBƏR

Hamısı

“Azəriqaz”dan güzəştli limit həddi ilə bağlı vacib AÇIQLAMA

(3 Yil, 5 Ay öncə) 845 İzlenme 0 Yorum
“Azəriqaz”dan güzəştli limit həddi ilə bağlı vacib AÇIQLAMA

“Azəriqaz” İstehsalat Birliyi 2020-ci il dekabr ayının 30-dək əhali abonentlərinin illik güzəştli limitdən istifadəsinə dair statistik göstəriciləri açıqlayıb. 

İstehsalat Birliyindən verilən xəbərə görə, dekabr ayının 30-na olan məlumata əsasən, qeydiyyatda olan 2 milyon 325 min əhali abonentinin cəmi 20,9 %-i illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib. Bu da say etibarı ilə 485 min 268 abonent deməkdir. Yerdə qalan 1 milyon 839 min 775 abonent (ümumi əhali abonentlərinin 79.1 %-i) qazdan güzəştli limit daxilində istifadə edib.

Əlavə olaraq bildirilib ki, 2200 kubmetr həcmində olan güzəştli limit həddi smart-kart tipli sayğaclardan istifadə edən əhali abonentləri üçün dekabrın 31-də gecə saat 00:00-da başa çatır.

Artıq 2021-ci il yanvar ayının 01-dən etibarən yeni 2200 kubmetr həcmində olan güzəştli limit həddinin istifadəsinə başlanılır. Köhnə ildə istifadə olunmayan güzəştli limit həddi varsa, bu həcm yeni ilə keçmir. Bundan başqa, bəzi abonentlər elə güman edir ki, limit həddini keçməyinə baxmayaraq smart-karta 2020-ci il dekabrın 31-də vəsait yükləyərsə və bu məbləği yeni ildə sayğaca daxil edərsə, sanki güzəştli limitdə artım əldə edəcək. Əslində bu belə deyil. Vəsait karta yüklənilən anda ödəniş bazasında qeydə alınır. Yəni limit həddi keçildikdən sonra karta yüklənən məbləğ yeni ilin istənilən dövründə istifadə edilərsə, hər kubmetr qaza görə hesabat 20 qəpikdən aparılacaq. Ona görə də abonentlərdən bu məqama diqqətlə yanaşmaları xahiş olunur.

Mexaniki-elektron qaz sayğaclarında isə güzəştli limit həddinə dair hesabat hər il yanvar ayının ilk on günlüyünə əsasən aparılır. Belə ki, bu qaz sayğaclarında göstəricilərin fiziki olaraq oxunuşu yanvar ayının ilk 4 günü bayram gününə düşdüyündən həmin ayın 10-dək davam edə bilər. Göstəricilərin oxunduğu gün abonent üçün hesabat dövrüdür və həmin gündən etibarən o, yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlayır. Yekunda illik oxunuş 365 günü tam əhatə edəcək. Əgər abonent istifadə etdiyi mexaniki-elektron qaz sayğacının göstəricisinin daha tez qeydə alınmasını istəyərsə, o halda, 2020-ci il dekabrın 31-də və ya 2021-ci il yanvarın 01-də sayğacın göstəricisinin aydın görünən foto şəklini çəkərək (+99477) 3 104 104 saylı votsap nömrəsinə göndərə bilər. Bir şərtlə ki, mobil telefonda çəkilən foto şəklin üzərində çəkilmə tarixi əksini tapsın. Bu fotolar hesabat məlumatları bazaya yüklənərkən həmin tarixlə qeydə alınacaq.

Bundan başqa, dövri dövlət yoxlanış müddəti çatmış smart-kart tipli sayğac mexaniki-elektron sayğacla əvəz olunubsa, smart-kart tipli sayğaca öncədən aşağı tariflə limit daxilində ödəniş etmiş abonentlər bilməlidirlər ki, sayğacda qalan vəsait mexaniki-elektron sayğaclarının hesablarına təbii qaz həcmi kimi deyil, ödəniş formasında qaytarılır. İlin sonuna aşağı tariflə smart-kart tipli sayğacla istifadə olunmuş qaz sərfi nəzərə alınacaq, üzərinə yeni istifadədə olan mexaniki-elektron sayğacın göstəricisi də əlavə edilməklə hesabat tərtib ediləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Tarif (qiymət) Şurasının 30 aprel 2019-cu il tarixində keçirilmiş iclasında əhali üzrə təbii qazın aşağı tariflə (hər kubmetrə görə 10 qəpik) illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb.

Bu qərardan sonra təbii qazı aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70%-dən 85%-dək artıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı