SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2799_meksikada-keciril-n-beyn-lxalq-festivalda-az-rbayc

DÜNYA

Hamısı

Meksikada keçirilən beynəlxalq festivalda Azərbaycanın mədəniyyəti və milli mətbəxi təqdim olunub

(3 Yil, 5 Ay öncə) 652 İzlenme 0 Yorum
Meksikada keçirilən beynəlxalq festivalda Azərbaycanın mədəniyyəti və milli mətbəxi təqdim olunub

Meksikanın paytaxtı Mexiko şəhərində “XI Dost ölkələrin mədəniyyət festivalı” (Feria İnternacional de las Culturas Amigas) keçirilib. 2009-cu ildən başlayaraq ənənəvi olaraq həmrəylik və müxtəliflik şüarı altında Mexiko rəsmilərinin təşkilatçılığı ilə keçirilən bu festivalın əsas məqsədi müxtəlif ölkələrin mədəniyyəti, mətbəxi və ənənələri ilə Meksika əhalisinin tanış edilməsidir. Qeyd edək ki, ölkəmizin də təmsil olunduğu bu festivalda hər il 5 milyonadək ziyarətçi iştirak edir.

Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, hər il may ayında keçirilən sözügedən festival bu il COVİD-19 pandemiyası ilə əlaqədar dekabr ayında virtual formatda keçirilir. Bu məqsədlə, Mexiko şəhəri Hökuməti tərəfindən xüsusi olaraq yaradılmış www.ficavirtual2020.cdmx.gob.mx  internet səhifəsində 60-a yaxın ölkə, o cümlədən Azərbaycan təmsil olunur (festivalda Azərbaycana aid səhifə -http://www.ficavirtual2020.cdmx.gob.mx/AZERBAIYAN.html). Qeyd olunan internet səhifəsi dekabr ayından başlayaraq 5 ay müddətində fəaliyyət göstərəcək və mütəmadi olaraq yenilənəcək. 

Virtual formatda keçirilən bu festivalda Azərbaycanın mədəni-tarixi abidələri, təbiət mənzərələri, milli geyimlər,  kəlağayı, dulusçuluq, misgərlik, xalçaçılıq kimi əl sənəti nümunələri, o cümlədən dolma, paxlava, qutab kimi milli mətbəx nümunələri və onların hazırlanma qaydaları, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti və turizm potensialı barədə Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfir Məmməd Talıbovun müsahibəsi təqdim olunub. Həmçinin sayt istifadəçilərinə ölkəmizin turistik guşələrinə dair müxtəlif videoçarxlar nümayiş olunub. 

Qeyd edək ki, virtual festivalın internet səhifəsini dünyanın müxtəlif ölkələrindən milyonlarla istifadəçinin ziyarət etməsi gözlənilir.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı