“Yuventus”un hücumçusu Kriştianu Ronadlu A Seriyasında bombardirlik yarışında birinci pilləyə yüksəlib.
Bu barədə Gazeta.ru məlumat yayıb.
35 yaşlı futbolçu “Parma” ilə qarşılaşmada iki dəfə fərqlənməklə qolların sayını 12-ə çatdırıb.
Bununla da “Milan”dan Zlatan İbrahimoviçi və “İnter”dən Romelu Lukakunu geridə qoyub.
Qeyd edək ki, K.Ronaldu 2020-ci ildə “Yuventus”un heyətində 38 oyuna 40 qol vurub.