SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2397_must-qillik-tarixinin-ilk-z-f-r-paradi

SON XƏBƏR

Hamısı

Müstəqillik tarixinin ilk Zəfər paradı

(3 Yil, 5 Ay öncə) 1,26 B İzlenme 0 Yorum
Müstəqillik tarixinin ilk Zəfər paradı

Bakıda keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq işləri davam edir.

Bu məqsədlə Azadlıq meydanında xüsusi konstruksiyalar quraşdırılır, ərazi abadlaşdırılır. Bundan əlavə, “Azneft” dairəsində Azərbaycan bayrağını əks etdirəcək xüsusi lövhələr də yerləşdirilib.

Müdafiə Nazirliyindən rəsmi olaraq bildirilib ki, qələbəyə həsr olunmuş hərbi parad dekabr ayının 10-da keçiriləcək.

www.yelo.az

Müraciət edin

Hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək. Paradda, həmçinin, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

Mövzu ilə bağlı Trend-ə açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan mövcud olduğu illər ərzində əldə etdiyi ən böyük zəfərini beynəlxalq ictimaiyyətə rəsmən elan edəcək. Bu hərbi parad Azərbaycanın tərəfdaşlarına, həm də rəqiblərinə böyük və əhəmiyyətli siyasi bir ismarıcdır:

“Həqiqətən də biz bu hadisələrin şahidi kimi tarixi günləri yaşayırıq. Daim qonşuların ərazi iddiaları nəticəsində suverenliyimiz və müstəqilliyimiz təhdid altında olsa da, Azərbaycan Qarabağ mövzusunda ictimaiyyət, ordu, müxalifət və iqtidar bir yerdə bir yumruğa çevirilib erməni qəsbkarlarının layiqli cavabını verə bilib. Silahlı Qüvvələrimiz döyüş meydanında əldə etdiyi nailiyyətlər, o cümlədən düşmən tərəfindən ələ keçirilən qənimətlər, zirehli və yüngül texnikalar, artilleriya vasitələri və topları bu paradda nümayiş etdirməklə, düşmən ordusunu nə qədər böyük zərərə uğratdığını göstərmiş olacaq”.

Ə.Verdiyev qeyd edib ki, hərbi paradda Azərbaycanın qələbə bayrağının təqdim edilməsinin şahidi olacağıq. Vacib elementlərdən biri də qələbənin əldə edilməsində müstəsna rolu olan, müşahidə, kəşfiyyat, zərbə və kamikadze tipli PUA-ların təqdimatı ola bilər:

“Təbii ki, bu, ənənəvi, əvvəllər keçirdiyimiz paradların ssenarisinə oxşasa da, əhəmiyyətinə görə tam fərqli bir paraddır. Bu, sırf Zəfər paradıdır. Bu parad uzun illər hamımızın gözlədiyi, beynəlxalq çərçivədə tanınan dövlət sərhədimizin bərpa olunması ilə bağlı keçirildiyinə görə bizim hər birimiz üçün çox vacibdir. Bu paradda Birinci Qarabağ müharibəsində iştirak edən kontingentin də məhdud sayda iştirakı gözləniləndir. Təbii ki, bu mötəbər tədbirdə müharibə dövründə davamlı olaraq Azərbaycanın yanında olan qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Onunla bərabər buraya təşrif buyuracaq hərbçilərin də iştirakı mümkündür”


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı