SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2394_-azercell-v-t-n-muharib-sind-s-hid-olmus-v-yaralan

SON XƏBƏR

Hamısı

“Azercell” Vətən müharibəsində şəhid olmuş və yaralanmış hərbçilərin faktura borcunu bağışladı

(3 Yil, 5 Ay öncə) 4,19 B İzlenme 0 Yorum
“Azercell” Vətən müharibəsində şəhid olmuş və yaralanmış hərbçilərin faktura borcunu bağışladı

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu şanlı tarix yazaraq möhtəşəm Qələbə əldə etdi. “Azercell Telekom” MMC də qələbənin əsas qəhrəmanı olan Azərbaycan əsgəri və zabitləri üçün güzəşt təşəbbüsünü gerçəkləşdirir. 

Ordumuza ehtiram əlaməti olaraq elan edilən yeni təşəbbüs çərçivəsində müharibədə şəhid olan və yaralanan “Azercell”in Fakturalı Xətt abunəçiləri olan qəhrəman vətən övladlarının 07.12.2020-ci il tarixinə olan borcları tam şəkildə bağışlanır. Bununla yanaşı, səfərbərlik çağırışı əsasında aktiv döyüş əməliyyatlarında iştirak edən “Azercell” abunəçilərinin borclarının ödənilməsinə tərxis olunacaqları vaxtadək möhlət verilir.

Fakturalı Xətt nömrəsinə malik olan yaralılar və müharibə iştirakçıları, və yaxud şəhid olmuş əsgərlərin ailə üzvləri bu güzəştdən istifadə etmək üçün təsdiqedici sənədlərlə (şəxsiyyət vəsiqəsi, müvafiq haldan asılı olaraq, şəhid olmanı və ya yaralanmanı təsdiq edən sənədlər) birlikdə aşağıdakı kanallar vasitəsilə “Azercell” şirkətinə müraciət edə bilərlər:

- “Azercell” müştəri xidmətlərinə e-mail (customercare@azercell.com, musterixidmetleri@azercell.com) vasitəsilə müraciət etmək mümkündür. Bu zaman yuxarıda qeyd edilən sənədlərin skan surəti müraciətə əlavə edilməlidir.

- Hərbçilərin özləri və ya ailə üzvləri “Azercell” Müştəri Xidmətləri mərkəzlərinə də müraciət edə bilərlər. Bakı və bölgələr boyu ofislərin ünvanları ilə bu linkdən tanış olmaq mümkündür: https://www.azercell.com/az/contacts/offices/

Qeyd edək ki, “Azercell Telekom” Vətən müharibəsinin başlandığı ilk gündən Azərbaycan xalqının və Ordunun yanında olub. Şirkət müharibədə şəhid olan Röyal Cəfərovun ailəsini himayəsinə götürüb. “Azercell” erməni terroru ilə üzləşən Gəncə və Bərdə şəhərlərindəki abunəçilərinə, o cümlədən hərbi əməliyyatların gedişini işıqlandıran media nümayəndələrinə rabitə dəstəyi göstərib. İşğaldan azad olunan ərazilərdə ilk rabitə şəbəkəsini quran “Azercell” Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat həcmində vəsait də köçürüb.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 faiz; ölkə ərazisi üzrə əhatə dairəsi: 89.3 faiz; ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8 faiz təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspress” ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib.

“Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. “Azercell” nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı