SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2393_az-rbaycan-s-firi-etimadnam-sini-kosta-rika-prezid

DÜNYA

Hamısı

Azərbaycan səfiri etimadnaməsini Kosta-Rika Prezidentinə təqdim edib - FOTO

(3 Yil, 5 Ay öncə) 480 İzlenme 0 Yorum
Azərbaycan səfiri etimadnaməsini Kosta-Rika Prezidentinə təqdim edib - FOTO

Azərbaycanın Kosta-Rikadakı səfiri Məmməd Talıbov videokonfrans formatında keçirilmiş mərasimdə etimadnaməsini bu ölkənin Prezidenti Karlos Alvarado Kesadaya təqdim edib. 

Bununla bağlı Azərbaycan Respublikasının Meksikadakı Səfirliyi məlumat yayıb.

Görüşdə M.Talıbov ilk olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Prezident K.A.Kesadaya çatdırıb. Öz tərəfindən təşəkkürünü bildirən Kosta-Rika Prezidenti onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. 

Görüşdə Azərbaycanla Kosta-Rika arasında ənənəvi dostluq münasibətlərinin mövcud olduğu, bu xüsusda iki ölkə arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq aparıldığı, habelə iqtisadi-ticari, mədəniyyət, turizm, təhsil, elm və kənd təsərrüfatı sahələrində əməkdaşlıq potensialının olduğu qeyd edilib və birgə səylərlə ölkələrimiz arasında əlaqələrin yeni mərhələyə yüksələcəyinə ümid ifadə edilib.

Azərbaycanın beynəlxalq qaydada tanınmış ərazilərinin uzun illər Ermənistanın işğalı altında olduğu bir vaxtda Kosta-Rikanın bu münaqişədə beynəlxalq hüquqa söykənən mövqeyinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini bildirən M.Talıbov Kosta-Rika XİN-in Ermənistanla Azərbaycan arasında baş vermiş son qarşıdurmanı daim diqqətdə saxlaması və bununla bağlı bəyanat vermiş olmasının vacibliyini vurğulayıb.

Azərbaycan və Rusiya Prezidentləri və Ermənistan Baş naziri arasında imzalanmış bəyanat barədə danışan səfir, sənədin tələblərinə əsasən, Ermənistanın işğalçı ordusunun Azərbaycan ərazilərindən çıxarıldığını bildirib. 

Sonda ölkəmizə sülh və əmin-amanlıq arzulayan Prezident K.A.Kesada M.Talıbovu Kosta-Rikaya səfir təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb və yaxın zamanda Kosta-Rikaya səfərə dəvət edib. 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı