SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2386_s-s-yazisi-c-lil-bad-rayonunda-bas-ver-nl-rd-n-son

SON XƏBƏR

Hamısı

SƏS YAZISI: CƏLİLƏBAD RAYONUNDA BAŞ VERƏNLƏRDƏN SONRA SÖYÜDLÜ KƏND BƏLƏDİYYƏSİNDƏ NƏ BAŞ VERİR ? - İDDİA

(3 Yil, 5 Ay öncə) 3,77 B İzlenme 0 Yorum
SƏS YAZISI: CƏLİLƏBAD RAYONUNDA BAŞ VERƏNLƏRDƏN SONRA SÖYÜDLÜ KƏND BƏLƏDİYYƏSİNDƏ NƏ BAŞ VERİR ? - İDDİA

ÜMİDTV:       Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Təhlükəsizlik Xidmətinin uğurlu əməliyyatı nəticəsində Cəliləbad rayon İcra Hakimiyyətinin Başçısı və digər məsul şəxslərin saxlanılması barədə media və mətbuatda geniş məlumatlar dərc olundu.

Elə həmin gün Cəliləbad rayonu Söyüdlü kənd sakini, vətəndaş Şahverənov Saməddin Əligüşat oglu tərəfindən redaksiyamıza məlumat daxil oldu ki, kənd Bələdiyyəsi və həmin kəndin sakini Hidayət Ağayev  tərəfindən aldadılıb.

Vətəndaş iddia edir ki, 2018-ci ildə Cəliləbad rayon Söyüdlü kənd Bələdiyyəsinin sənədləri ilə həmin kəndin sakini Agayev Hidayət İsfəndiyar oglundan 12+ 12 sot ayrı ayrılıqda torpaq sahəsi alıb. Şikayətçi qeyd edir ki, həmin vaxt Bələdiyyə sədri Rasif Həsənov olub. Daha sonra Bələdiyyə sənədinin  əslini Hidayət Ağayev şikayətçidən alıb ki, torpağı onun adına sənədləşdirəcək.

Şikayətçi iddia edir ki, ona satılan  torpaq sahəsi sonradan  rayon İcra Hakimiyəti tərəfindən şəhid ailəsinə verilib.  Şikayətçi iddia edir ki, həmin torpağa görə Hidayət Ağayevə 2000 manat pul verib, həmçinin də torpağın çatışmayan pulun bağlanması müqabilində 1800 manat dəyərində usta kimi çalışıb.

Şikayətçi redaksiyamıza torpağın sənədlərinin surətlərini və səs yazısı təqdim edib. Həmin sənədlərdən və səs yazısından da şikayətçinin haqlı olması təsdiqini tapır.

İnanırıq ki, bu reportajdan sonra aidiyyatı qurumlar məsələ ilə maraqlanacaq və lazımi tədbirləri görəcəklər.

Qarşı tərəflə əlaqə saxlamağa çalışsaqda mümkün olmadı. Qarşı tərəf mövqeyini bildirərsə işıqlandırmağa hazırıq.

Maqsud Cəbiyev Əkbər Sadıyev

Ümid Tv Cəliləbad

Daha ətraflı video reportajda.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı