SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2310_az-rbaycan-konullul-ri-portalinin-t-qdimati-keciri

SON XƏBƏR

Hamısı

Azərbaycan könüllüləri portalının təqdimatı keçirilib

(3 Yil, 5 Ay öncə) 2,40 B İzlenme 0 Yorum
Azərbaycan könüllüləri portalının təqdimatı keçirilib

Azərbaycan könüllülərinin vahid portalı olan konullu.az elektron portalının onlayn formatda təqdimatı keçirilib. 

400-dən çox gəncin qoşulduğu təqdimatın “Könüllülər İli” çərçivəsində 5 dekabr Beynəlxalq Könüllülər günü ərəfəsində keçirilməsi təsadüfi deyil. Könüllü təşkilatlarının rəhbərləri və könüllülərin iştirakı ilə baş tutan təqdimat mərasiminin açılışında ölkəmizin ərazi bütövlüyü uğrunda həyatlarını itirən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Çıxış edən iştirakçılar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərindəki şanlı qələbəsini, eləcə də, qəhrəmanlarımızın ölkənin gələcəyi və torpaqlarımızın azad olunması uğrunda göstərdiyi şücaəti xüsusi qeyd ediblər. 

Portal könüllü fəaliyyətinə başlamaq istəyən gənclər üçün əla fürsətlər yaradır, vahid platforma vasitəsilə dövlət qurumları tərəfindən təşkil olunan könüllü fəaliyyəti elektronlaşdırılır. Portala daxil olaraq gənclər AKTİ-nin fəaliyyəti və müxtəlif qurumlarda mövcud olan könüllülük elanları ilə yaxından tanış ola, maraq göstərdikləri sahə üzrə qurumun əvvəlcədən müəyyənləşdirdiyi elektron ərizə formasını dolduraraq müraciət edə bilərlər. Bundan sonra qurum tərəfindən çevik şəkildə gəncin daxil etdiyi məlumatları nəzərdən keçirilərək qiymətləndirilir. Portal müxtəlif qurumların nəzdində fəaliyyət göstərən könüllü təşkilatları və proqramları haqqında da geniş məlumat əldə etmək, eyni zamanda planlaşdırılan müxtəlif layihə və tədbirlər barədə operativ şəkildə xəbərdar olmaq imkanı yaradır. 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən hazırlanan elektron portalın könüllülüyün inkişafına təkan vermək və könüllü fəaliyyətinin səmərəli təşkili istiqamətində funksiyalarının daha da genişləndiriləcəyi qeyd olunub. Təqdimatda iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədri Ülvi Mehdiyev, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Məclisin deputatları Naqif Həmzəyev və Şahin Seyidzadə, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli çıxışları zamanı Beynəlxalq Könüllülər Günü münasibətilə könüllüləri təbrik edib, ölkəmizdə könüllülüyün inkişafı istiqamətində portalın əhəmiyyətindən danışıblar. 

Təqdim olunan portal dövlət başçısının 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncamı çərçivəsində xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini, eləcə də milli-mənəvi dəyərlərə bağlılığı əsas prinsipləri kimi qəbul edən gənclər siyasətinin növbəti uğuru kimi qeyd olunub.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı