SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2254_k-rb-lada-erm-nil-rin-qarabagda-dagitdigi-m-scidl-

DÜNYA

Hamısı

Kərbəlada ermənilərin Qarabağda dağıtdığı məscidlərin görüntüləri nümayiş olunub - FOTO

(3 Yil, 5 Ay öncə) 806 İzlenme 0 Yorum
Kərbəlada ermənilərin Qarabağda dağıtdığı məscidlərin görüntüləri nümayiş olunub - FOTO

İraqın müqəddəs Kərbəla şəhərində Qarabağ Müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir keçirilib.

Nəcəf şəhərində təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilmiş tədbir İmam Hüseyn və Həzrət Abbas məscidlərinin arasında, Beynəl-hərəmeyn adlı məkanda baş tutub.

Tədbirin keçirildiyi üstüörtülü qalereyada Qarabağ Müharibəsində şəhid olmuş azərbaycanlı döyüşçülərin şəkillərindən, ermənilər tərəfindən raket atəşinə tutulmuş Gəncə və Bərdə şəhərlərində mülki əhali arasındakı itkiləri əks etdirən fotolardan, ermənilər tərəfindən təhqirə məruz qoyulmuş məscidlərin görüntülərindən ibarət sərgi təşkil olunub. Fotosərgidə Azərbaycan Ordusunun qələbələrini və mübariz ruhunu canlandıran plakatlar da nümayiş etdirilib.

Tədbirdə Qarabağ probleminin tarixçəsi, Azərbaycan Ordusunun öz torpaqlarını azad etməyə yönəlmiş haqq mübarizəsinin mahiyyəti barədə məlumat verib. Qeyd edilib ki, 30 ilə yaxın davam etmiş erməni işğalı nəticəsində 20 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilmiş, bir milyona yaxın dinc əhali yurd-yuvasından didərgin düşüb. Nəhayət, bu ilin sentyabrın ayının 27-də Azərbaycan Ordusu işğal altında olan torpaqları qarış-qarış azad etməyə başlamış, məğlub olan erməni silahlı qüvvələri tutduqları ərazilərdən çıxmağa məcbur olub. 

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, müsəlman coğrafiyasında Azərbaycan özəl yerə malikdir. Bu torpaqlarda İslam tarixinin və mədəniyyətinin mühüm abidələri mövcuddur. Azərbaycanın elm və sənət adamları müsəlman şərqinin elm, ədəbiyyat və incəsənət tarixinə böyük töhfələr verdiyi, Kərbəla şəhərində dəfn edilmiş dünya şöhrətli şairimiz Füzuli bu şəxsiyyətlərdən biridir.

Tədbirdə çıxış edən şəxslər Qarabağ şəhidlərinin xatirəsinə sayğı və ehtiramlarını bildirərək, Azərbaycan xalqının azadlıq mücadiləsində qalib gəlməsindən məmnunluq duyduqlarını qeyd ediblər. Onlar İraq xalqının Azərbaycanla həmrəy olduğunu dilə gətirərək bir daha bəyan ediblər ki, Nəcəf və Kərbəla dini elm mərkəzləri Azərbaycan xalqının yanındadır. Çıxış edənlər bu kimi tədbirləri müsəlman həmrəyliyinin bariz nümunəsi kimi dəyərləndirib, müharibənin nəticələrini aradan qaldırmaq sahəsində Azərbaycana uğur diləyiblər.

Beynəl-hərəmeyndə təşkil olunmuş sərgi Kərbəlaya ziyarətə gəlmiş dindarlarda və şəhər əhalisində də böyük maraq doğurub. Şəhidlərimizin fotolarını əks etdirən plakatlar, Bibiheybət ziyarətgahının görüntüləri xüsusi marağa səbəb olub. Sərgidə Azərbaycandakı dini tolerantlığı əks etdirən fotolar da nümayiş etdirilib. Azərbaycan Prezidentinin işğaldan azad olunmuş Ağdam məscidini ziyarət etməsini və hər il Ramazan bayramında ölkədəki dini konfessiya başçıları ilə bir masa arxasında əyləşməsini əks etdirən fotolar da sərgi iştirakçılarının diqqətindən kənarda qalmayıb. Azərbaycanlı tələbələr ziyarətçilərə eksponatlar haqqında ətraflı məlumat veriblər.

Qeyd edək ki, tədbir İraq KİV-ində və yerli televiziya kanallarında ətraflı işıqlandırılıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı