SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2220_dunyada-koronavirusa-yoluxanlarin-sayi-son-bir-h-f

DÜNYA

Hamısı

Dünyada koronavirusa yoluxanların sayı son bir həftədə dörd milyona yaxın artıb

(3 Yil, 5 Ay öncə) 1,12 B İzlenme 0 Yorum
Dünyada koronavirusa yoluxanların sayı son bir həftədə dörd milyona yaxın artıb

ÜMİDTV:    Dünyada koronavirusa yoluxanların sayı son bir həftə ərzində təxminən dörd milyon artıb. Bu əvvəlki yeddi günə nisbətən bir qədər azdır. Ölüm sayı isə təxminən 70 min artıb ki, bu, əvvəlki həftədəki göstəricidən daha yüksəkdir.

TASS-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər yayıb.

Təşkilatdan bildirilib ki, 23-29 noyabr tarixləri arasında dünyada 3 935 330 yoluxma və 69 916 ölüm qeydə alınıb. Əvvəlki yeddi gün ərzində (16-22 noyabr tarixlərində) bu göstərici müvafiq olaraq 4 060 891 və 67 221 idi.

ÜST cüzi azalmaya baxmayaraq, dünyada yoluxmanın yüksək olaraq qaldığını, ölüm hallarının isə artmağa davam etdiyini vurğulayır.

İnfeksiyaların azalması Avropada qeydə alınıb (baxmayaraq ki, bu yoluxma sayına görə Şimali və Cənubi Amerikadan sonra ikinci böyük region olaraq qalır). Ötən həftə Avropada ölüm sayı 16-22 noyabr dövrü ilə müqayisədə 5 faiz, Cənub-Şərqi Asiyada 4 faiz, Şimali və Cənubi Amerika qitəsində 2 faiz artıb.

Avropada həftə ərzində 1.57 milyondan çox yeni yoluxma hadisəsi və 35 mindən çox ölüm qeydə alınıb. Şimali və Cənubi Amerikada yoluxmuş insanların sayı 1.65 milyondan çox artıb, 22 mindən çox insan ölüb. Cənub-Şərqi Asiyada 371 mindən çox insan yoluxub, yeddi gün ərzində ölənlərin sayı isə 4.8 mini keçib.

ABŞ-da yoluxmuş insanların sayı 1.15 milyondan çox artıb, onun ardınca isə Hindistan (297 mindən çox yeni yoluxma), Braziliya (218 mindən çox), İtaliya (təxminən 184 min), Rusiya (179 mindən çox), Polşa (130 mindən çox), Almaniya (124 mindən çox), Böyük Britaniya (111 mindən çox), Ukrayna (97 mindən çox) və İran (94 mindən çox) gəlir.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı