SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1937_v-t-n-bizim-ucun-darixmisdi

CƏMİYYƏT

Hamısı

Vətən bizim üçün darıxmışdı

(3 Yil, 5 Ay öncə) 1,43 B İzlenme 0 Yorum
Vətən bizim üçün darıxmışdı

ÜMİDTV:      17 oktyabr 2020-ci ildə Füzuli düşmənin işğalından azad edildi. 1993-cü il, 23 avqustdan başlayan Füzuli çiləsi bitdi… Can alıb, can verənlərin hesabına, neçə-neçə şəhidlərin, qazilərin canı bahasına, amma bitdi… 

Füzulinin azad olmasından artıq bir ay bir həftə vaxt keçir. 

Cənab Prezidentin tapşırığı ilə noyabrın 18-i dünyanın aparıcı və yerli KİV-ləri üçün Füzulinin işğaldan azad olunan ərazilərində mediatur təşkil edildi. Məqsəd həm özümüzə, həm də “insan haqları” hayqıran Avropa və dünyaya erməni vandalizmini göstərmək idi. 

Yığışıb getdik azad olunan Vətəni görməyə. Heç vaxt görmədiyim Füzulini görmək çox ağrılı oldu. 

Füzulini güllük-gülüstan içində görəcəyimi gözləməsəm də gördüyüm mənzərə ən xəstə, şizofren təxəyyülün məhsulundan daha dəhşətli idi. Bəlkə də cəhənnəm elə belə olur?
Viran qalmış kəndlər, şəhərlər, yol boyu yandırılmış torpaq, dağıdılmış qəbiristanlıqlar, ancaq özülü qalan məscidlər, binalar... Əvəzində ermənilər tərəfindən qurulmuş istehkamlar, vallar, səngərlər üçün qazılıb bağrı dağıdılmış torpaq. Yol boyu viran, xaraba mənzərə daha dəhşətlisi ilə əvəz olunurdu.

Amma başını dik tutan bir-iki başdaşı xaraba qalan Vətən də bizi gözləyirdi. Uzaqdan bizi görmək üçün son gücünü toplayıb hələ də ayaqda idi əcdadların başdaşı. Amma biz onları ziyarət edə bilmədik. Çünki bütün qəbiristanlıq ermənilər tərəfindən minalanıb. Bizə əsas asfalt yoldan kənara çıxmaq isə qətiyyən qadağan olundu. Elə uzaqdan nigaran ruhlarına salavat çevirib yenə yolumuza davam etdik.  

Füzulinin mərkəzinə gəldik. Daha doğrusu yol kənarında dayandıq, dedilər ki, bura nə vaxtsa mərkəz olub. Daşları belə ermənilər tərəfindən daşınıb aparılmış, viran qoyulmuş bir-iki divar nə vaxtsa burada şəhərin olmasına işarət idi. Nə vaxtsa bu evlərdə yaşamış sakinlər dağıdılmış yurdlarına uzaqdan baxıb köks ötürdülər. Evinin dağılmış divarına belə toxuna bilmədilər. Çünki hər yer ermənilər tərəfindən minalanıb. ANAMA-nın sədri də dedi ki, bütün azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün 10-13 il vaxt lazımdır. Bir neçə gün əvvəl Türkiyənin Müdafiə naziri Hulusi Akar da bildirdi ki, “Türkiyə hərbçiləri azad edilmiş ərazilərin minalardan təmizlənməsinə yardım edəcəklər”. Vallah bundan böyük qardaşlıq, birlik olmaz! 

Amma bütün bu dəhşətlərə seksual azlıqlara görə sinəsini qabağa verən QHT-lər, “qrantyeyənlər”, insan hüquqları deyəndə ağzına çullu dovşan yerləşməyən Avropa susur. Nə vaxtsa yüz mindən çox əhalisi olan, kəndləri, şəhərləri olan Füzulinin bu gün yox, 27 il ərzində hər gün viran qaldığına, ermənilər tərəfindən dağıdılmasına bu gün də susur. Ermənilər tərəfindən öldürülən mülki əhali üçün heç tükünü tərpətmir. Hanı bəs insan hüququ? Yoxsa biz insanmı deyilik, ey Avropa? 

Amma Avropanın işi-gücü elə biz Azərbaycanladır. Gah deyir ki, nə qədər “Bayraqdarın var?”, gah deyir ki, niyə sizdə söz azadlığı yoxdur, gah da deyir ki, Qarabağ niyə Azərbaycanındır ki? Sən demə Avropanın ən ümdə məqsədi elə erməniyə daydaylıq etmək olub. 

Füzulini viran vəziyyətdə görəndə bir daha anladım ki, ermənilər heç vaxt bu torpaqları bizə danışıq, sülh yolu ilə geri qaytarası deyildilər. Elə onların havadarları da həmçinin. Düşünürdülər ki, kimdir ki, Azərbaycan, balaca ölkədir də. Nə oldu Avropa? Balaca ölkə gördünmü nə etdi? Gördünmü balaca ölkənin böyük insanları Ali Baş Komandanın bir kəlmə sözünə hamınıza toy tutdu. Bu dəfə “dağlarda toy” yox, Qafqazda toy oldu! Regionda toy oldu. Azərbaycan mətin və iradəli Ali Baş Komandanın rəhbərliyi altında güclü orduya sahib olduğunu bir daha sübut etdi. Hamınıza sübut etdi. Hələ gör baş verənlər Fransanı necə yandırıbsa, hələ də təpəsindən tüstü çıxır. 

Bu gün heç bir humanist, “no war”çu mənə ağıl verməsin. Bircə dəfə getsin baxsın Füzuliyə.  Dağıdılmış, viran qalmış torpağıma baxsın, görməsə, gözünə soxmaq mənə borc olsun! 

Bu 27 ildə erməninin bir məqsədi olub, işğal etdiyi əraziləri məhv etmək. Yox etmək, yandırmaq, bizim işarəmizi, izimizi, kökümüzü silmək. 

Füzuli başdan-başa xarabalıqdır. Desəm ki, torpağın küskünlüyünü, hönkürtüsünü eşitdim, mənə inanarsınız? Desəm ki, onu bağrıma basmaq istədim, inanarsınız?  Onun könlünün alınması üçün bilmirəm nə etməliyik? Bilmirəm nə etməliyik ki, o bizi bağışlasın… 

Gördüyüm dəhşəti ifadə etmək üçün nə video, nə foto, nə yazı, heç nə kömək edə bilməz. Oranı gedib görmək lazımdır. Vətənə qoşulub hönkürüb ağlamaq lazımdır. 

Ara-sıra yol kənarında igidlərimizin əl işi olan külə dönmüş tankları, düşmənin hərbi texnikasını görəndə kefim açılırdı. Kefim açılırdı ki, 27 illik əzabın heyfini bizim igid əsgərlər düşməndən nəyi var çıxıblar. 

Yol kənarında düşmənlərin hərbi geyimləri var idi. Deyəsən qaçanda çılpaq qaçıblar. Şalvar, köynək, papaqlarını da atıb qaçmışdılar. Silah-sursatları da həmçinin. Həqiqətən də erməninin Azərbaycan torpağında nə işi var ki? Qaçmalıdır da. Çünki bu torpağın yiyəsi 27 il sonra qayıtdı. Qalib, məğrur qayıtdı. 

Bizim evimiz də, yurdumuz da, qəbrimiz də hər zaman Qarabağda olacaq! Bizim kökümüz hər zaman Qarabağda olacaq. Artacaq, böyüyəcək, çoxalacaq! Bizim uşaqlar Qarabağda böyüyəcək və Qarabağı böyüdəcək! Bunu erməni istəsə də, istəməsə də. Bunu Avropa istəsə də, istəməsə də. 

Biz orada olmuşuq, varıq və olacağıq! 

Vətən bizim üçün darıxmışdı, özü dedi… 

Sizi çox yormayım, yazının davamı var...


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı