SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1872_goz-trafinda-qaralmalar-x-st-lik-yoxsa-normal-hal-

SAĞLAMLIQ

Hamısı

Göz ətrafında qaralmalar: Xəstəlik, yoxsa normal hal?

(3 Yil, 5 Ay öncə) 522 İzlenme 0 Yorum
Göz ətrafında qaralmalar: Xəstəlik, yoxsa normal hal?

Gözlərin ətrafında, göz qapaqlarında, ən çox da gözün altında qaralma, tündləşmə halları ilə tez-tez rastlaşırıq. Bunun hansı səbəblərdən olduğunu isə çoxları bilmir.

Oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Rəfadar Xəlilov bununla bağlı açıqlamasında deyib ki, gözün alt və üst qapağında olan qaralmalar iki qrupa bölünür: Hər hansı xəstəliklə bağlı olanlar və normal olan hallar.

Onun sözlərinə görə, genetik olaraq bəzi insanlarda həmin hissədə piqment çox olur. Ona görə də həmin hissə kənardan qaralmış kimi görünür: "Və ya həmin yer bir az çökək olduğuna görə, reflektor olaraq çökək görünür. Həmin hissəyə çox işıqda baxanda heç bir qaraltı görünməz. Yəni bu, estetik olaraq ortaya çıxan haldır. Bəzi hallarda həmin hissədə dəri çox nazik olduğuna görə, altda olan damarlarən rəngi o hissəni tünd göstərir. Biz bunları patologiya saymırıq. Yəni xəstəlik deyil və müalicə etməyə ehtiyac yoxdur".

Göz həkimi bildirib ki, amma bəzi hallarda hər hansı bir xəstəlik nəticəsində, məsələn, konyunktivit zamanı ödem əmələ gəlir, maye dolur və rəng dəyişir, tündləşir. Onun sözlərinə görə, dermatitlər-istər allergik, istərsə də neyrodermatitlər, böyrəklərlə bağlı hər hansı problem olanda da göz qapaqlarında tündləşmə yaranır: "Alt qapaqlarda venoz damarlar həddindən artıq çoxdur, çox kiçik mikrokapilyarlarla zəngindir. Ona görə də ödem bir az çoxalan kimi damarlar mayeni sızdırır və ödem çoxalan kimi orda həm şişkinlik, həm də rəng, ton dəyişikliyi yaranır. Çox nadir hallarda isə qanda laxtalanma problemi olanda oradakı kapilyarlar partlayır və o hissəyə qan dolur, ona görə də həmin hissə qaralmış və ya göyərmiş şəkildə görünür".  Oftalmoloq qeyd edib ki, ikinci qrupa aid hər hansı bir hal varsa, göz həkiminə müraciət olunmalıdır: "Əgər göz həkimi göz ətrafı qaralmaların gözlə heç bir əlaqəsi olmadığını desə, növbəti addım böyrəklə bağlı araşdırma olmalıdır. Böyrəkdə də hər hansı prtoblem olmasa, dermatoloqa müraciət edilə bilər. Göz ətrafında olan qaralmalar göz aiddirsə, oftalmoloqun müalicəsindən sonra onlar aradan qalxır".

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı