SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1760_icra-hakimiyy-tind-n-cirkab-sulari-altinda-qalan-s

SON XƏBƏR

Hamısı

İcra Hakimiyyətindən çirkab suları altında qalan Şağan qəsəbəsi ilə bağlı AÇIQLAMA - FOTO

(3 Yil, 6 Ay öncə) 1,16 B İzlenme 0 Yorum
İcra Hakimiyyətindən çirkab suları altında qalan Şağan qəsəbəsi ilə bağlı AÇIQLAMA - FOTO

ÜMİDTV:      Şağan qəsəbəsində yaşayan sakinlər ərazinin kanalizasiya suları səbəbindən bərbad vəziyyətdə olduğunu deyir. 

Bu barədə qəsəbə sakinləri tərəfindən Oxu.Az-ın redaksiyasına ünvanlanan müraciətdə qeyd olunub. 

Belə ki, paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsində yaşayan sakinlər iddia edir ki, ərazidə kanalizasiya xəttinin çəkilməsi zamanı yol verilən bəzi nöqsanlar səbəbindən yaşayış evlərinin həyəti, küçələr çirkab sular altında qalıb. Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə və aidiyyəti qurumlara müraciət edilsə də, cavab ala bilmədikləri qeyd edilib.

Mövzu ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan küçədə “Azərsu” ASC-yə məxsus kanalizasiya şəbəkəsi mövcud deyil:

“Şağan qəsəbəsində qrunt sularının yaratdığı problemlə bağlı Xəzər Rayon İcra Hakimiyyətinin elektron ünvanına göndərdiyiniz müraciətə baxılıb. Məsələ ilə əlaqədar bildiririk ki, “Azərsu” ASC-nin Xəzər rayon Sukanal İdarəsi tərəfindən verilmiş məlumata əsasən, qeyd olunan küçədə “Azərsu” ASC-yə məxsus kanalizasiya şəbəkəsi mövcud deyil.

Şağan qəsəbəsində illər öncə kustar üsulla çəkilmiş qrunt suyu şəbəkəsi ərazinin perspektiv inkişafı nəzərə alınmadan çəkildiyindən və sakinlər tərəfindən şəbəkəyə qeyri-qanuni çirkab su boruları qoşulduğundan səviyyəsi qalxmaqda olan qrunt sularını kənarlaşdırmağa kifayət etmir.

Məsələnin müvəqqəti həlli məqsədilə Xəzər rayon Sukanal İdarəsi tərəfindən ərazidə cari ilin əvvəlində yığışan qrunt sularının kənarlaşdırılması üçün özaxımlı yağış suyu xətti çəkilib, iki ədəd yağış barmaqlığı, beş ədəd baxış quyusu quraşdırılıb. 

Bu xətlər vasitəsilə yığılan qrunt və yağış suları xəttin sonunda tikilmiş baxış quyusuna toplanaraq, nasos vasitəsilə, Mərdəkan-Buzovna avtomobil yolunun kənarında yerləşən yağış suyu şəbəkəsinə axıdılır. Lakin ərazidə yeni su şəbəkəsinin qurulması və həyətyanı sahələrdə qrunt suyunun səviyyəsinin qalxması səbəbindən mövcud boru qrunt sularının kənarlaşdırılmasına kifayət etmir”.

Xəzər Rayon İcra Hakimiyyətinin göndərdiyi cavabda o da qeyd olunub ki, Xəzər rayon Sukanal İdarəsi tərəfindən bildirilib ki, məsələnin əsaslı həlli üçün ərazidə perspektiv layihəyə uyğun iridiametrli qrunt və yağış suyu şəbəkəsi qurulması işləri “Azərsu” ASC-nin tədbirlər planına əsasən mərhələli şəkildə həyata keçiriləcək: 

“Əlavə olaraq nəzərinizə çatdırırıq ki, Şağan qəsəbəsində qrunt sularının yaratdığı problemlə bağlı tullantı və qrunt sularının mərkəzləşdirilmiş qaydada kənarlaşdırılması, həmçinin, kanalizasiya sisteminin qurulması məqsədilə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən ”Azərsu” Açıq Səhmdar Cəmiyyətinə və digər dövlət qurumlarına müraciətlər olunub”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı