SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1500_az-rbaycanin-v-t-np-rv-r-ogullari-var-olduqca-bu-v

SON XƏBƏR

Hamısı

AZƏRBAYCANIN VƏTƏNPƏRVƏR OĞULLARI VAR OLDUQCA, BU VƏTƏN BASILMAZ ! - ÜMİDTV

(3 Yil, 7 Ay öncə) 664 İzlenme 0 Yorum
AZƏRBAYCANIN VƏTƏNPƏRVƏR OĞULLARI VAR OLDUQCA, BU VƏTƏN BASILMAZ ! - ÜMİDTV

ÜMİDTV.com:      Azərbaycan qəhrəmanlar ölkəsidir. Xalqımız mərd və müdrikdir. Bu xalq tarix boyu qəhrəmanlar yetişdirib. Vətənimin hər bir övladı  vətənpərvərdir. Bu vətənpərvərlik Vətənin dar günündə əsil qəhrəmanlığa çevrilir. Bu vətən uğrunda  canını qurban edən hər bir azərbaycanlı baş tacımızdır, qürurumuzdur.

Azərbaycan elə bir ölkədir ki, bu ölkədə yaşayan hər bir azərbaycanlı üzərinə düşən vətənpərvərlik missiyasını həyata keçirir. Pandemiya dövründən başlayaraq, müharibə dövrünədək, bu vətənin vətənpərvər övladları dünyada heç bir ölkədə görünməyən BİRLİK nümaiş etdirdilər. Belə övladları olan Vətən basılmaz !

Əlbətdə, bir azərbaycanlı olaraq bütün bunlar məni sevindirməyə bilməz. Lakin, vətənimdə məni üzən məqamlarda var.

Ötən gün sosial şəbəkədə Azərbaycanın vətənpərvər oğlu, ömrünü xeyirsevərliyə həsr edən Hacı Nuran Hüseynov haqqında bir paylaşımla rastlaşdım. Həmin paylaşımı edən tanınan bir jurnalist idi və həmin paylaşıma rəy yazanlar da elə öz  vətənimdə, öz torpağımda həyat sürən insanlar idi.  Həmin paylaşımı və rəyləri oxuyarkan, vətənimdə hələ də ağı-qaradan seçməyən, bu xalq üçün, vətən üçün canını qurban verməyə hazır olan, vətənpərvər oğullarımızı gözdən salmağa çalışan insanların olduğunu gördüm. Bu katiqoriyadan olan insanların etdiklərindən peşman olub bir zaman düz yola  qayıdacaqlarına şübhəm yoxdur. Lakin bəzi jurnalistlərin əyri yoldan dönməyəcəklərinə şübhəm şəksizdir. Elələri bu xalqın vətənpərvərlik ruhunu zədələməyə çalışsalar da bacarmayacaqlar. Çünki, XALQIN GÖZÜ TƏRƏZİDİR!  Bu xalq Vətənpərvərlərini, Qəhrəmanlarını yaxşı tanıyır. Onlara qalan elə boş-boş statusları olacaq. Onların cəmiyyətin gözündə bir dəyərinin olmasına da inanmıram. Çünki onlar məğlubiyyətə uğruyanlardır.

Fikrimi Hacı Nuran Hüseynov haqqında qısa məlumat verməklə tamamlamaq istəyirəm.

Hacı Nuran Hüseynov, həyatda ilk iddımına xeyriyyəçilik missiyası ilə başlayan bir insandır. Hər zaman xəstəlikdən əziyyət çəkən insanlara dayaq oldu və o insanların real problemlərini efirə daşıdı. Bu günə qədər dəstək olduğu ehtiyac sahiblərinin adlarını sadalamqla bitməz. Ayağa qaldırdığı xəstələrin haqqında danışmaqla da bitməz. Pandemiya dövründə də öz missiyasını ləyaqətli şəkildə, əsil vətən övladı olaraq icra etdi. Ali Baş Komandan savaş əmrini verdiyi gündən, bir vətənpərvər azərbaycanlı olaraq daim əsgərlərimizə dəstək oldu.  Erməni terroru törədilən bölgələrimzə bir-bir baş çəkdi və bu gün də bu missiyasını davam etdirir.

Gəncədə törədilən erməni terrorundan əziyyət çəkən insnlarla görüşmək üçün, onlarla həmfikir olmaq üçün yenə Hacı Nuran Hüseynov öz vətənpərvərlik missiyasını layiqincə bir vətənpərvər olaraq icra etdi və bu missiyası davam edir. Hacı Nuran Hüseynov haqqında bu yazımda çox məlumatları dərc edə bilərəm. Lakin buna lüzum görmürəm. Çünki, Hacı Nuran Hüseynov öz əməlləri ilə Azərbaycan ictimaiyyətinin rəğbətini qazanıb. Ona qarşı səsləndirilən ifadələri, sadəcə, vətənpərvərlikdən uzaq olanların düşüncələri kimi qəbul edirəm. Bu xalqın Vətənpərvərinə, Qəhrəmanına  müxalif olmaq, elə xalqın özünə müxalif olmaqdır. Azərbaycanın Hacı Nuran Hüseynov kimi Vətənpərvər oğulları varsa, Azərbaycan yenilməzdir !

Sonda isə Azərbaycana müxalif düşüncə ilə yanaşanlara demək istəyirəm ki, biz  terrorist erməni dığaları ilə savaşırıq. Bu savaşda ya bizim yanımızda yer alın, ya da  bunu bacarmırsınızsa heç olmasa susun !  Onsuzda bu cəmiyyətdə yeriniz yoxdur !!!

Rəhman Əhmədoğlu/ Ümid Tv Azərbaycan

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı