SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1337_sahil-babayev-yaponiyanin-olk-mizd-ki-s-firi-il-du

SON XƏBƏR

Hamısı

Sahil Babayev Yaponiyanın ölkəmizdəki səfiri ilə düşmənin təxribatlarından danışıb

(3 Yil, 7 Ay öncə) 1,05 B İzlenme 0 Yorum
Sahil Babayev Yaponiyanın ölkəmizdəki səfiri ilə düşmənin təxribatlarından danışıb

ÜMİDTV.com:    BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal etdiyi Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul etsə də, Ermənistan bu qətnamələrə məhəl qoymadan 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır, ölkəmizə qarşı ardıcıl hərbi təxribatlar törədir. Sentyabrın 27-dən başlayaraq da hərbi birləşmələrimizin mövqeləri və yaşayış ərazilərimiz Ermənistan tərəfindən ağır artilleriya atəşlərinə məruz qalıb. Azərbaycan ordusu düşmənə qarşı uğurlu əks-hücum əməliyyatları həyata keçirərək, işğal olunmuş torpaqlarımızın artıq bir hissəsini işğaldan azad edib. 

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri Vada Cüniçi ilə videoformatda keçirilən görüşü zamanı bildirib.

Nazir vurğulayıb ki, Ermənistanın bu günlərdə törətdiyi növbəti terror, yaşayış ərazilərimizi atəşə tutması nəticəsində Azərbaycan tərəfindən 30 mülki şəxs həlak olub, 143 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 66 mülki obyekt və 427 fərdi yaşayış evi yararsız vəziyyətə düşüb. Azərbaycan ümumən regionda sülh və təhlükəsizliyin təmin olunmasına ciddi zərbə vuran Ermənistanın təcavüzünə son qoymaq üçün haqq savaşındadır. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq səviyyədə, bütün dünya tərəfindən dəstəklənir. Bu gün Azərbaycan Silahlı Qüvvələri düşmənə qarşı əks-hücum xarakterli hərbi əməliyyatları ölkəmizin məhz öz ərazisində aparır və ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa etmək məqsədi daşıyır.

S.Babayev Azərbaycanla Yaponiya arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətini, Azərbaycan rəhbərliyinin Yaponiya ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini və qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək əzmində olduğunu qeyd edib. İqtisadi əməkdaşlığın Azərbaycan və Yaponiya arasında əlaqələrin prioritet istiqamətini təşkil etdiyini deyən nazir sosial inkişafın təmin olunmasının Prezident İlham Əliyevin siyasətində başlıca istiqamətlərdən olduğunu vurğulayıb.

O, əmək, məşğulluq və sosial müdafiə sahəsində ölkəmizdə aparılan son islahatlar, pandemiya dövründə görülən iqtisadi və sosial dəstək tədbirləri barədə məlumat verib. Yaponiya ilə əmək, məşğulluq və sosial müdafiə sahəsində ikitərəfli əlaqələrin inkişafı üçün müqavilə-hüquq bazasının yaradılmasının, bu məqsədlə səylərin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

V.Cüniçi Azərbaycanda diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin, habelə sosial sahədə əməkdaşlığın inkişafı üçün səylərini artırmaq əzmində olduğunu vurğulayıb. 
Görüşdə əmək, məşğulluq və sosial müdafiə sahəsində əlaqələrin inkişafı imkanları nəzərdən keçirilib. Ölkəmizdə tibbi-sosial reabilitasiya sisteminin müasir standartlar səviyyəsində qurulması üçün mühüm işlərin aparıldığı qeyd edilməklə, tibbi-sosial reabilitasiya, əlilliyi olan şəxslərə protez-ortopedik bərpa xidmətləri sahəsində ikitərəfli əməkdaşlığın geniş müstəvidə təşkili, bu sahədə Anlaşma Memorandumunun imzalanmasının mümkünlüyü, işçi qüvvəsinin bacarıqlarının təkmilləşdirilməsində əməkdaşlıq və s. məsələlər müzakirə olunub.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı