SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1327_milli-m-clisinin-s-dri-sahib-qafarova-pakistanin-o

SON XƏBƏR

Hamısı

Milli Məclisinin Sədri Sahibə Qafarova Pakistanın ölkəmizdəki səfiri Bilal Haye ilə görüşüb

(3 Yil, 7 Ay öncə) 792 İzlenme 0 Yorum
Milli Məclisinin Sədri Sahibə Qafarova Pakistanın ölkəmizdəki səfiri Bilal Haye ilə görüşüb

ÜMİDTV.com:       Oktyabrın 7-də Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Sahibə Qafarova Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb. Spiker Sahibə Qafarova səfir Bilal Hayeni ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib.

Milli Məclisin Sədri Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu vurğulayaraq, ölkələrimiz arasında münasibətlərin dinamik inkişaf etdiyini bildirib. Sahibə Qafarova bir neçə gün öncə onun Pakistan İslam Respublikası Senatının Sədri Məhəmməd Sadiq Sancrani ilə telefon danışığı olduğunu məmnunluqla xatırladıb.

Görüşdə iki ölkənin parlamentləri arasında da əlaqələrin hazırki səviyyəsindən razılıq ifadə olunub. Spiker əmin olduğunu bildirib ki, səfir Bilal Hayenin fəaliyyəti ölkələrimiz arasında münasibətlərin bütün sahələr üzrə daha da inkişafına, o cümlədən parlamentlər arasında əlaqərin daha da genişlənməsinə töfhə verəcək.

Səmimi görüşə görə minnətdarlığını bildirən səfir Azərbaycanda özünü çox xoşbəxt hiss etdiyini bildirib. O deyib ki, ölkəmizdə gördüyü qonaqpərvərlik və xoş münasibət xalqlarımız arasında yaxınlığın və səmimi münasibətlərin göstəricisidir.

Görüşdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və hərbi təxribatları barədə də məlumat verilib. Spiker Sahibə Qafarova qeyd edib ki, Ermənistan silahlı qüvvələri sentyabrın 27-də növbəti dəfə kəndlərimizə, hərbi mövqelərimizə hücum etməyə başlayıb. Buna cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb və artıq işğal altındakı bəzi ərazilərimiz azad edilib. Milli Məclisin Sədri qeyd edib ki, Ermənistan mülki şəxsləri və cəbhə xəttindən aralıda yerləşən şəhər və rayonlarımızı da hədəf alır. Bu, bir daha Ermənistanın cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir. 

Səfir ölkəsinin qardaş Azərbaycan xalqını Dağlıq Qarabağ məsələsində həmişə dəstəklədiyini bir daha bəyan edib.

Spiker ədalətli mövqeyinə və Azərbaycana göstərdiyi dəstəyə görə, Pakistan İslam Respublikasına minnətdarlığını bildirib.

Görüşün sonunda səfir Pakistan Milli Assambleyasının sədri Əsəd Qayser tərəfindən Milli Məclisin Sədrinə ünvanlanmış Pakistan İslam Respublikasına səfərə dəvət məktubunu Sahibə Qafarovaya təqdim edib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı