SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1255_anama-bir-sira-razil-rd-tapilmis-raketl-r-v-kamika

SON XƏBƏR

Hamısı

ANAMA bir sıra ərazilərdə tapılmış raketlər və kamikadze-dronla bağlı məlumat yaydı

(3 Yil, 7 Ay öncə) 3,50 B İzlenme 0 Yorum
ANAMA bir sıra ərazilərdə tapılmış raketlər və kamikadze-dronla bağlı məlumat yaydı

ÜMİDTV.com:    Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) oktyabrın 2-də Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Şəmkir, Xızı, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 67 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən üç müraciət daxil olub.

Bununla bağlı agentlik məlumat yayıb.

Bildirilib ki, daxil olmuş 70 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun E.Sadıqov küçəsi, Muğanlı kəndi, Diləğanlı kəndi, Muğanlı kəndi, Boyat kəndi, Minəxorlu kəndi, Rəncbərlər kəndi, Poladlı kəndi, Cəfərli kəndi və Hindarx qəsəbəsi, Ağdam rayonu Alıbəyli və Mərzili kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Alxanlı kəndi və 5-ci Zobcuq qəsəbəsi, Goranboy rayonunun Goran qəsəbəsi və Boluslu kəndi, Şəmkir rayonunun Sabirkənd kəndi, Xızı rayonunun Türkoba kəndi, Tərtər rayonunun İ.İsgəndərov küçəsi, Gəncə, Mingəçevir və Beyləqan şəhərləri ərazisində Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə 66 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 14 ədəd partlamamış hərbi sursat (iki ədəd 300 mm-lik raket (9M528), 12 ədəd tank əleyhinə idarə olunmayan raket (beş ədəd PQ-22, üç ədəd PQ-9 və dörd ədəd PQ-7) və 32 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Həmçinin, agentliyin partlayış qrupu tərəfindən üç ədəd raket yerində işarələnib və növbəti iş günü ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçiriləcək.

Ümumilikdə agentlik tərəfindən 27 sentyabr – 04 oktyabr 2020-ci il tarixlərində 200 siqnal (əməliyyat çağırışı) əsasında 194 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə, Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Goranboy, Naftalan, Füzuli, Tərtər, Şəmkir, Hacıqabul rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilmiş, 66 ədəd müxtəlif növ partlamamış hərbi sursat (PHS), hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator, bir ədəd kamikadze dron (partladıcısı yerində zərərsizləşdirilib), iki ədəd raketin mikrosxemi və 69 ədəd partlamış raket hissələri aşkarlanıb.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı