SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1214_deputat-makron-dal-t-h-qiq-t-goz-yumur-

SON XƏBƏR

Hamısı

Deputat: “Makron ədalətə, həqiqətə göz yumur”

(3 Yil, 7 Ay öncə) 924 İzlenme 0 Yorum
Deputat: “Makron ədalətə, həqiqətə göz yumur”

ÜMİDTV.com:      Sentyabrın 27-dən Ermənistan cəbhəboyu yaşayış məntəqələrimizi atəşə tutulub. Buna cavab olaraq, Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatı keçirilir. Azərbaycan xalqı da ordumuzun əks-hücum əməliyyatını dəstəkləyir. 

Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə ölkədə qismən səfərbərlik elan edilib. Qismən səfərbərliklə bağlı planda nəzərdə tutulandan daha çox - on minlərlə vətəndaş Xidmətin Aparatına və yerli struktur bölmələrinə müraciət edərək, ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak etmək istədiklərini bildirirlər.

Ordumuz uğurlu əks-hücum əməliyyatı keçirir və düşmənə sarsıdıcı zərbələr endirir. 

ATƏT-in Minsk Qrupunun həmsədrlərdən biri - Fransa Prezidenti Emmanuel Makronun nümayiş etdirdiyi açıq tərəfkeşlik insanların narazılığına səbəb olub.

Prezident İlham Əliyev Emmanuel Makronla telefon danışığı zamanı növbəti dəfə qətiyyətli və prinsipial mövqeyini ifadə edib. Dövlət başçısı bildirib ki, heç bir güc bizi milli maraqlarımızdan çəkindirə bilməz.

Məsələni Milli Məclisin deputatı Aydın Mirzəzadə Oxu.Az-a şərh edib.

Onun sözlərinə görə, dünya Azərbaycanın haqq işini qəbul edir:

“Təəssüf edirik ki, Fransa dövləti birmənalı şəkildə Ermənistanın yanında olduğun ifadə edir. Bunu nəinki bəyanatlarla, hətta fəaliyyətlərlə göstərir.

Fransa Prezidenti Emmanuel Makronun Azərbaycanın bir daha Dağlıq Qarabağı tuta bilməyəcəyini söyləyib, bu, heç bir diplomatik normalara sığmayan bəyanat təəccüb doğurur. Bu cür hərəkətlər Azərbaycanın qələbə yürüşünü dayandırmaq, ölkədə qorxu yaratmaq məqsədi güdür. Bunların hamısı əbəsdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu günlərdə Ali Baş komandan kimi öz üzərinə düşən vəzifələri yerinə yetiməklə yanaşı, xarici ölkə rəhbərləri ilə telefon danışığında Azərbaycanın bu gün hərbi əməliyyatlar aparmasının səbəbini və onu doğuran motivləri kifayət qədər aydın izah edilib. 

Bu, E.Makrona da izah edilib. Təəssüf ki, o, bu gün ədalətə, həqiqətə göz yumur. İstənilən yolla Azərbaycanın öz torpaqqlarını işğaldan azad etməsini dayandırmağa çalışır”.

O qeyd edib ki, E.Makronun belə hərəkəti Fransanın tarixindəki bir çox faktlara ziddir:

“Vaxtilə onlarda Janna Dark kimi əfsanəvi qadın qəhrəman olub və xarici işğalçılara qarşı fransız xalqının mübarizəsin təşkil edib.

Belə olan halda Fransa rəhbərinin Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün mübarizəsinə siyasi müqavimət göstərməsi başadüşülən deyil”.

O qeyd edib ki. İ.Əliyev bu cəhdlərə kifayət qədər aydın cavab verir:

“Bu gün Azərbaycan əsgəri səngərdə, ölkə başçısı siyasi cəbhədə mübarizə aparır. Dünya Azərbaycan həqiqətini bilir və görür. Hesab edirəm ki, qələbə uzaqda deyil. Mütləq biz torpaqlarımızı işğaldan azad edəcəyik”, - deyə deputat əlavə edib.

İlhamə Əbülfət


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı