SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1188_isvecr-d-ki-diaspor-numay-nd-l-rimizd-n-c-bh-y-d-s

DÜNYA

Hamısı

İsveçrədəki diaspor nümayəndələrimizdən cəbhəyə dəstək - FOTO

(3 Yil, 7 Ay öncə) 1,36 B İzlenme 0 Yorum
İsveçrədəki diaspor nümayəndələrimizdən cəbhəyə dəstək - FOTO

ÜMİDTV.com:      27 sentyabr 2020-ci ildən etibarən başlayan Ermənistanın növbəti təxribatlarının qınanılması, təxribatlarla bağlı məlumatların daha geniş kütləyə çatdırılması istiqamətində səfirliyin təşkilatçılığı, “Azərbaycan-Türk Mədəniyyət Assosiasiyası”, “Azərbaycan Dostları Birliyi” və İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının dəstəyi ilə Soloturn və Sürix şəhərlərində tədbirlər təşkil edilib.

Bununla bağlı Azərbaycanın İsveçrə Konfederasiyasındakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, Soloturn şəhərində baş tutan tədbirdə ilk öncə Səfirliyin diaspor nümayəndələrimiz üçün çağırışı səslənib. Çağırışda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq ictimaiyyət tərəfindən tanınması qeyd edilərək, 30 ildir ki aparılan danışıqlara Ermənistan tərəfindən ciddi zərbə vurulması diqqətə çatıdırılıb, hazırda öz torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində ermənilərin təxribatına cavab olaraq döyüşlərin aparılması qeyd olunub.

Bundan əlavə, bildirilib ki, indiki məqamda dünya azərbaycanlıları Ermənistan dövlətinin işğalçı siyasətinin ifşa edilməsi, erməni lobbisinin yalanlara söykənən fəaliyyətinin qarşısının alınması istiqamətində yaşadıqları ölkələrdə ciddi və məqsədyönlü işlər aparmalıdır.

Tədbirdə İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının rəhbəri Əkbər Gəncə, “Azərbaycan-Türk Mədəniyyət Assosiasiyası”nın rəhbəri Cevzet Aras, eləcə də türk diaspora nümayəndələri çıxışlar edərək, Qarabağın əzəli və tarixi Azərbaycan torpağı olmasını qeyd edib, tədbir iştirakçılarına ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımlar barədə ətraflı məlumat verib, Ermənistanın xain hücumunu pisləyib, səfirin çağırışına uyğun olaraq İsveçrədəki həm Azərbaycan, həm də Türkiyə diaspor nümayəndələrinin fəal olmalarının vacibliyinə toxunub, Azərbaycan Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla Azərbaycan xalqına dəstək nümayiş olunub, Azərbaycan Ordusunun tezliklə qələbə qazanacağına əminlik ifadə edilib.

Tədbirin sonunda türk məscidinin axundu döyüşlər vaxtı şəhid olan soydaşlarımızın ruhuna dualar oxumuş və tədbir iştirakçıları üçün ehsan süfrəsi təşkil edilib.

İsveçrə Konfederasiyasında yaşayan diaspora nümayəndələrimizin növbəti tədbiri “Azərbaycan Dostları Birliyi”nin təşkilatçılığı ilə diasporamız sıx məskunlaşdığı şəhərlərdən biri olan Sürixdə baş tutub. Tədbir zamanı Arzu Bodmer də Səfirliyin diaspor nümayəndələrimiz üçün çağırışını səsləndirib.

Daha sonra cəbhə xəttindəki vəziyyət müzakirə edilib, hadisələrin İsveçrə dövlət qurumlarının diqqətinə çatdırılmasının vacibliyi, petitsiyanın hazırlanması, diasporanın bu çətin zamanda fəaliyyətinin və birliyinin önəmi və digər məsələlər müzakirə edilib.

Eləcə də, İsveçrədə türk diasporunun sayının çox olması (120 mindən çox)  ilə bağlı və geniş oxucu uditoriyasına malik dərc “Post Gazetesi”ndə həmrəyliyin nümayiş etdirilməsi ilə əlaqədar səfir X.İbrahimovanın məqaləsi dərc olunub və münaqişə barəsində geniş məlumat verilib.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı