SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1113_milli-m-clisin-s-dri-sahib-qafarova-turkiy-boyuk-m

SON XƏBƏR

Hamısı

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa məktub ünvanlayıb

(3 Yil, 8 Ay öncə) 1,11 B İzlenme 0 Yorum
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa məktub ünvanlayıb

ÜMİDTV.com:      Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa məktub ünvanlayıb. 

Məktubda Türkiyə Böyük Millət Məclisində təmsil olunan siyasi partiyalar – Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyətçi Hərəkat Partiyası və İYİ Partiya tərəfindən 28 sentyabr 2020-ci il tarixində qəbul olunan və Ermənistanın törətdiyi növbəti təcavüz aktının və təxribatın kəskin şəkildə qınandığı Birgə Bəyanatın Azərbaycanda böyük rəğbətlə qarşılandığı bildirilir. 

Milli Məclisin sədri partiyaların qətiyyətli və ədalətli mövqe ortaya qoyduqları üçün öz adından və Azərbaycan Respublikası Milli Məclisin bütün üzvləri adından minnətdarlığını ifadə edib. 
Məktubda bildirilir ki, Azərbaycan hazırda beynəlxalq hüququn ona verdiyi haqdan istifadə edərək Ermənistanın işğalı altında qalan torpaqlarını azad etmək üçün savaşır: 

“Biz sülhsevər dövlət olaraq son 30 ildə münaqişənin danışıqlar masası ətrafında, dinc yolla həlli üçün səbrlə gözlədik. Münaqişənin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi prinsipi əsasında həllinə dair BMT və ATƏT başda olmaqla çoxsaylı beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra olunmasını tələb etdik. Lakin 30 il ərzində nə bu qərarlar Ermənistan tərəfindən icra edildi, nə də beynəlxalq ictimaiyyət Ermənistana bu qərarları icra etməsi üçün təzyiq göstərdi. Bu isə son nəticədə cəzasız qalan Ermənistanın yenidən Azərbaycana hücum etməsi və yeni torpaqlar işğal etmək cəhdi ilə yekunlaşdı. Lakin Azərbaycanın şanlı ordusunun qətiyyəti ermənilərin bu cəhdini artıq boşa çıxarıb. Əminik ki, şanlı ordumuz bu qətiyyəti ilə ən qısa müddətdə torpaqlarımızı tam şəkildə azad edəcək və Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq”. 

Məktubda qeyd olunub ki, bu bəyanat bir daha göstərdi ki, Azərbaycan və Türkiyə milli xarakter daşıyan bütün məsələlərdə hər zaman bir-birinin yanındadır.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı