SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1001_zahid-orucdan-tofiq-yaqublunun-ev-dustaqligina-bur

SON XƏBƏR

Hamısı

Zahid Orucdan Tofiq Yaqublunun ev dustaqlığına buraxılmasına REAKSİYA

(3 Yil, 8 Ay öncə) 647 İzlenme 0 Yorum
Zahid Orucdan Tofiq Yaqublunun ev dustaqlığına buraxılmasına REAKSİYA

ÜMİDTV.com:      Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc siyasətçi Tofiq Yaqublunun ev dustaqlığına buraxılmasına münasibət bildirib.

O, Qafqazinfo-ya açıqlamasında qeyd edib ki, siyasi mənsubiyyəti müxtəlif olan yüzlərlə tanınmış simanın ölkə prezidentinə müraciəti Tofiq Yaqublu ilə bağlı gedən növbəti məhkəmə baxışında humanist qərarın çıxarılmasına-məhbusun ev dustaqlığına buraxılmasına səbəb oldu:

"Ümidvarıq ki, atılan addım hakimiyyətlə münasibətləri kəskinləşdirməyə, gündəlik olaraq. müxtəlif adamların portretləri və ideoloji-siyasi düşmənçiliyi dərinləşdirən şüarları üzərindən dövlət rəhbərliyini hədəf seçənləri durduracaq, əsəb və hikkə savaşından dialoq və barış mühitinə qayıtmalarına təkan olacaqdır.

Tofiq Yaqublunun azadlığı üçün imzasını verən və heç bir siyasi mənsubiyyyət daşımayan adamların həqiqi məqsədlərini-ölkəmizdə milli həmrəyliyə nail olunması və nifrət dili ilə yaradılan siyasi qarşıdurmlara son qoyulması istəyini iqtidarla bərabər müxalif qüvvələr də eyni məsuliyyətlə qəbul etməlidir.

Prezidentə səmimi duyğularla müraciət edən Zeynəb Xanlarova, Anar, Çingiz Abdullayev kimi tanınmış mədəniyyət xadimlərinin sözü, çağırışı dövlətimizə inamın, onun xeyirxahlığına və humanizminə əminliyin ifadəsi olmaqla yanaşı, həm də həbsxanadan kənar sivil mübarizəyə xidmət etməli olan bütün partiyalara, hərəkatların üzərinə qoyulan mənəvi öhdəlikdir. O insanların etibarını yerə vurmaq olmaz. Mərhəmətin coğrafiyasını, onun əhatə dairəsini genişləndirmək lazımdır. Tofiq Yaqublunu həyatına qəsddən xilas edən qərarı hüququn, siyasətin, mənəviyyatın, sabiltiyin əleyhinə çevirmək olmaz. Ümidvarıq ki, bütün qüvvələr barışın dili ilə danışmağa çalışacaqlar".


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı