SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/5569_bakida-20-yasli-t-l-b-mu-mmali-s-kild-itkin-dusub

HADİSƏ

Hamısı

Bakıda 20 yaşlı tələbə müəmmalı şəkildə itkin düşüb

(2 Yil, 0 Ay öncə) 4,75 B İzlenme 0 Yorum
Bakıda 20 yaşlı tələbə müəmmalı şəkildə itkin düşüb

Bakıda 20 yaşlı oğlan itkin düşüb.

Bu barədə Oxu.Az-a onun atası, Şabran rayon sakini Saleh Mirsəftər oğlu Hüseynov məlumat verib.

Atasının sözlərinə görə, oğlu 2001-ci il təvəllüdlü İlkin Hüseynov mayın 11-də Bakıdan Şabran rayonuna gəlmək adı ilə çıxsa da, sonra fikrindən daşınıb:

“İlkin mayın 11-də Bakıdan çıxanda evlə əlaqə saxlayıb. Deyib ki, Bakıdan “Şamaxinka” deyilən ərazidən yola çıxır. Taksiyə minib və telefon vasitəsilə kiminləsə danışıb. Daha sonra getmək fikrindən daşınıb. Taksidən düşdükdən sonra təxminən saat 15:40 radələrində nənəsi ilə əlaqə saxlayıb. Nənəsinə isə deyib ki, körpünü keçmişəm, gəlirəm. Halbuki yalan danışıb, həmin vaxt o, Bakıda olub. Mayın 11-i saat 15:40-dan sonra oğlumla əlaqə tamamilə kəsilib. İlkin boyu 165 santimetrdir. Bakıda son günlərdə restoranlardan birində ofisiant kimi işlədiyini demişdi”.

S.Hüseynov oğlunun itkin düşməsi ilə bağlı Şabran Rayon Polis Şöbəsinə də məlumat verdiyini deyib.

İlkin Hüseynovu görənlərdən 050 479 11 08 nömrəsi vasitəsilə atasına və ya Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək məlumat vermələri xahiş olunur.

Xatırladaq ki, 20 yaşlı İ.Hüseynov Azərbaycan Texniki Universitetinin üçüncü kurs tələbəsidir.

Könül Cəfərli


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı