ÜMİDTV: Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Xətai rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Həsənov Azər Cəmşid oğlu müxtəlif xəsarətlər alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.