SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4048_perunun-televiziya-kanali-v-t-n-muharib-si-il-bagl

CƏMİYYƏT

Hamısı

Perunun televiziya kanalı Vətən müharibəsi ilə bağlı reportaj hazırlayıb

(2 Yil, 3 Ay öncə) 824 İzlenme 0 Yorum
Perunun televiziya kanalı Vətən müharibəsi ilə bağlı reportaj hazırlayıb

ÜMİDTV:     Perunun “TV Peru” dövlət televiziyasında Qarabağdakı Vətən müharibəsinin yekunları ilə bağlı reportaj efirə verilib.
Azərbaycanın Meksikadakı Səfirliyindən  bildirilib ki, verilişdə hərbi əməliyyatlar nəticəsində Azərbaycanın İkinci Qarabağ müharibəsində 1994-cü ildən bəri Ermənistanın işğal altında saxladığı ərazilərini azad etdiyi və tərəflər arasında imzalanmış 10 noyabr bəyanatının tələblərinə əsasən, darmadağın edilmiş düşmən ordusunun işğalda saxladığı digər ərazilərimizi tərk etdiyi haqda məlumat verilib.
Telekanalın respublikamızın Perudakı səfiri Məmməd Talıbovla hazırlanan müsahibəsinə də istinad edildiyi reportajda azad olunmuş şəhərlərimizin Ermənistan tərəfindən tamamilə dağıdıldığı və bu ərazilərdə illər öncə etnik təmizləməyə məruz qalmış 1 milyona yaxın azərbaycanlı məcburi köçkünün yenidən öz doğma yurdlarına qayıtmaları üçün hazırda Azərbaycan tərəfindən zəruri infrastrukturun bərpa edilməkdə olduğu bildirilib.
Səfir müsahibəsində aparıcının sualına cavab olaraq müharibə zamanı əsir düşmüş hərbçilərin qarşılıqlı olaraq dəyişdirildiyini, hazırda Azərbaycan tərəfindən saxlanılan qeyri-qanuni erməni silahlılarının isə atəşkəs bəyanatı imzalandıqdan sonra həbs edildiyini, bu şəxslərin qisasçı qüvvələrə xidmət edən diversantlar olduğunu və Azərbaycan ərazisində terror aktları törətməyə cəhd etdiklərini vurğulayıb.
Aparıcı verilişdə həmçinin 20 Yanvar faciəsi və Azərbaycanın 1991-ci ildə xalqımızın əzmkar iradəsi sayəsində müstəqillik əldə etməsi haqda məlumat verib.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı