SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3989_dovl-t-gomruk-komit-sind-kollegiya-iclasi-kecirili

CƏMİYYƏT

Hamısı

Dövlət Gömrük Komitəsində Kollegiya iclası keçirilib

(2 Yil, 4 Ay öncə) 1,14 B İzlenme 0 Yorum
Dövlət Gömrük Komitəsində Kollegiya iclası keçirilib

ÜMİDTV:     Bu gün Dövlət Gömrük Komitəsinin 2020-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan onlayn formatda Kollegiya iclası keçirilib.

Dövlət Gömrük Komitəsinin kollegiya üzvləri əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Dövlət Gömrük Komitəsində onlayn formatda keçirilən Kollegiya iclasında çıxış edən Komitə sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev ilk olaraq gömrük əməkdaşlarını 30 yanvar peşə bayramı günü münasibətilə təbrik edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi zəfər münasibətilə təbriklərini çatdıran DGK sədri bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, yüksək sərkərdəlik qabiliyyəti sayəsində bütün sahələrdə həyata keçirilən inkişaf strategiyası, xüsusilə ordu quruculuğu, ölkənin müdafiə qabiliyyətinin gücləndiriləməsi istiqamətində atdığı düşünülmüş,  qətiyyətli addımlar və Azərbaycan əsgərinin rəşadəti Vətən müharibəsindəki qalibiyyətimizi səciyyələndirən əsas amillərdir.  Komitə sədri onu da bildirib ki, vətən yolunda canlarından keçərək bizə tarixi zəfəri yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı diləyirik.

Gələcək hədəflər barədə danışan Səfər Mehdiyev bildirib ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük orqanlarının əsas məqsədi göstərilən etimadı doğrultmaq, dövlətə, dövlətçiliyə sədaqətlə xidmət etmək, qarşıya qoyulan bütün vəzifələri vicdanla yerinə yetirməkdir.

Sonra Kollegiyanın gündəliyindəki məsələlər müzakirə olunub.

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2020-ci ildəki fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr” barədə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov çıxış edib.

İsmayıl Hüseynov 2020-ci il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən əməliyyat-axtarış və hüquq-mühafizə fəaliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 18913 hüquqpozma faktının aşkar edildiyini bildirib.

Bundan başqa, iclasda “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2021-ci il üçün İş Planı” təsdiq olunub.

Daha sonra Dövlət Gömrük Komitəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına Ümumdünya Gömrük Təşkilatının sertifikatlarının verildiyi, eləcə də Dövlət Gömrük Komitəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına fəxri fərman və xüsusi rütbələr verilməsi haqqında Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrləri diqqətə çatdırılıb.

Tədbirin sonunda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

 

İclasdan sonra peşə bayramı münasibətilə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Vətən müharibəsində iştirak edən gömrükçü qazilərlə görüşüb. Görüşün əvvəlində Vətən Müharibəsində canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qazilər qarşısında çıxış edən Komitə sədri Səfər Mehdiyev bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü təmin etməsi dünya hərb tarixinə qızıl hərflərlə yazılan zəfər kimi yadda qalacaq. Komitə sədri diqqətə çatdırıb ki, 30 illik işğala son qoyan, ərazi bütövlüyümüzü təmin edən bu qalibiyyət Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyətinin, uzaggörən siyasətinin və qəhrəman Azərbaycan əsgərinin rəşadətinin nəticəsidir.

Səfər Mehdiyev  bildirib ki, Vətən müharibəsində iştirak edən gömrükçü qazilər daim Azərbaycan gömrük xidmətinin qürur mənbəyidir və onların keçdiyi şərəfli döyüş yolu həmkarlarına nümunədir. O da vurğulanıb ki, qazilərin sağlamlıq, məişət problemləri daim diqqətdə saxlanılacaq, onların hərtərəfli qayğı ilə əhatə olunması üçün bütün zəruri addımlar atılacaq.

Görüş zamanı döyüşlərdə iştirak edən gömrükçü qazilər xüsusi rütbələr, fəxri fərmanlar və döş nişanları ilə təltif olunublar.

Qeyd edək ki, Vətən müharibəsində 60 nəfər gömrükçü iştirak edib və bir gömrük əməkdaşı Ülvi Hacıyev şəhidlik zirvəsinə ucalıb.

 

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı