SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3292_deputat-socar-in-qiym-t-artimi-hesabina-ld-ed-c-yi

CƏMİYYƏT

Hamısı

Deputat: SOCAR-ın qiymət artımı hesabına əldə edəcəyi milyonluq gəlir, insan etimadını əvəzləyə bilərmi?

(2 Yil, 4 Ay öncə) 1,28 B İzlenme 0 Yorum
Deputat: SOCAR-ın qiymət artımı hesabına əldə edəcəyi milyonluq gəlir, insan etimadını əvəzləyə bilərmi?

ÜMİDTV:         SOCAR-ın təklifi ilə Aİ-92 markalı benzin və dizelin qiymətinin artmasının iqtisadi əhəmiyyətini mübahisələndirmirəm. Lakin, bu təklifin yeri və zamanı idimi?
Dövlət müharibənin vətəndaşın güzəranına mənfi təsirinə imkan verməsə də (bu qələbənin özü qədər ciddi uğur idi və açığı tarixdə belə nümunələr azdır), pandemiya artıq 10 aydır ki, vətəndaşın dolanışığını xeyli çətinləşdirib. Lakin, Prezident İlham Əliyevin iqtisadiyyatı yox insan amilini seçməsi, ciddi sosial paketlər reallaşdırması vətəndaşda böyük ümid yaradıb, vətəndaşın dövlətinə inamını daha da dərinləşdirib, insanlar pandemiyanın yaratdığı çətinliklərə səbrlə dözür.

Bu müstəsna etimad mühiti və fonunda qəflətən benzin və dizelin bahalaşması, SOCAR-ın qiymət artımı hesabına əldə edəcəyi 5-10 milyonluq əlavə gəlir əsas məqsədi insan amili olan dövlətimiz üçün vətəndaş məmnunluğunu və etimadını əvəzləyə bilərmi? Əsla! Mən o qənaətdə deyiləm ki, artıma görə vətəndaş dövlətdən radikal formada narazı qalacaq, yaxud, etimad qırılacaq, qətiyyən yox, amma etiraf edək ki, vətəndaş Tarif Şurasının qərarından məmnun da deyil.
Nəzərə alsaq ki, Aİ-92 və dizel nisbətən az təminatlı insanlar tərəfindən, habelə ictimai nəqliyyat sektoru və kənd təsərrüfatında daha çox istifadə edilir, üstəlik, artım müəyyən sferalarda bahalaşmaya səbəb ola bilər, deməli Tarif Şurası qərarını iqtisadi cəhətdən əsaslandırsa da, pandemiya və postmüharibə dövründə qərarın yol aça biləcəyi sosial problemlər düzgün analiz edilməyib. Düzdür, müsbət haldır ki, hökumətin ictimai nəqliyyat və kənd təsərrüfatına əlavə subsidiyalar və s. kimi kompensasiya tədbirləri nəzərdə tutulub, lakin, bu tədbirlər özü də dövlət üçün əlavə yük deyilmi?

Özləri nə ictimai nəqliyyatdan, nə də Aİ-92 işlədən avtomobildən istifadə etmədiyinə, yaxud yeganə dolanışıq ümidi əkin-biçin olmadığına görə ola bilsin ki, qiymət artımı SOCAR rəhbərliyi üçün əhəmiyyətli görünməyə bilər, lakin, axı ölkədə hər kəs onlar kimi yaşamır. Bu mənada Tarif Şurasına qiymətlərlə bağlı müraciət edərkən onlar öz reallıqları ilə bərabər cəmiyyətin də real durumunu nəzərə almağa borclu idilər.
Bütün bunları ümumiləşdirərək hesab edirəm ki, cənab Prezidentin sosial yönümlü və İNSAN amilinə yönəli siyasətini rəhbər tutaraq, Tarif Şurasının öz qərarına yenidən baxması və ya qərarın icrasını pandemiya dövründə, yaxud ən azından kompensasiya mexanizmi işə düşənə qədər təxirə salması məqsədəuyğun olar.
Həmçinin, təəssüflə qeyd edim ki, bəzi dairələr ajiotaj yaradaraq bu durumdan öz siyasi məqsədləri üçün istifadə etmək, milli birliyimizi pozmaq üçün hərəkətə keçib. İnanıram ki, vətəndaşlarımız bu qüvvələrə meydan verməyərək, cənab Prezidentin ətrafında sıx birləşməkdə davam edəcək!


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı