SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3232_karantin-rejimi-il-bagli-vacib-x-b-r-yanvarin-18-d

CƏMİYYƏT

Hamısı

Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən

(2 Yil, 4 Ay öncə) 1,12 B İzlenme 0 Yorum
Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən


ÜMİDTV:       “Biz vaksinasiya ilə virusun tam yox olmasını gözləmirik”.

Bunu həkim-infeksionist Nilufər Məmmədova deyib.

İnfeksionist bildirib ki, karantin tədbirləri ilə vaksinasiya prosesinin paralel aparılması nəzərə çarpacaq səviyyədə xəstələnmə sayını azaldacaq:

“Peyvəndin virusa yoluxma, xəstəlik göstəricilərini azaltmasını gözləyirik. Daim virusda mutasiyalar gedir. Əgər çox ciddi bir mutasiyalar getməsə vaksinin effektivliyi yüksək olacaq. Yox, əgər gözlənilənlərin əksinə olaraq virusda ciddi bir mutasiya gedərsə, bu halda vaksinasiyanın effektivliyi aşağı enəcəyi üçün hələ də müxtəlif qorunma tədbirlərinin, qaydaların qalmasına ehtiyac olduğunu düşünürəm. Təbii ki, burada sərt karantin rejimini nəzərdə tutmuram. Amma sosial məsafənin saxlanılması, maskadan düzgün istifadə, əl gigiyenası ən azı qarşımızdakı il ərzində bizim davamlı həyat qaydamıza çevrilməlidir. Yəni, insanlar vaksinasiya olunduqdan sonra belə maska taxmalı, əl gigiyenasına riayət etməli və sosial məsafəni gözləməlidir.
Amma təbii ki, vaksinasiya başlanandan sonra və paralel olaraq karantin qaydalarının sərt olmasa belə yumşaldılmış qaydalarla da effekt almaq mümkünüdür.

Ayrı-ayrılıqda nə vaksinasiya, nə də sərt karantin rejimi gözlənilən effekti verə bilməz. İkisinin bir arada, yəni, həm vaksinasiyanın, həm də qoruyucu tədbirlərin (karantin qaydaları) birlikdə aparılması yoluxmanın qarşısının alınmasında yüksək effek verəcək. Nə təkcə vaksinin effekti böyük ola bilməz, nə də tək sərt karantin rejiminin. Onlar ayrı-ayrılıqda gözlənilən effekti təmin etməz. İkisinin birgə, paralel aparılması nəzərə çarpacaq səviyyədə xəstələnmə sayını azaldacaq.

Sərt karantin rejimi təbii ki, vaksinasiya istifadə olunandan bir müddət sonra, 18 yanvarda yumşaldılacaq, yəni, dərhal yumşaldılmayacaq. Vaksinasiya da mərhəli şəkildə olacaq. Hələ ki, insanların kütləvi şəkildə peyvəndləməyə cəlb olunması mümkün deyil. Ümumiyyətlə yeni vaksinasiya başlayanda müəyyən bir qruplar buna cəlb olunur, artıq sonra bu hal kütləviləşir. Kütləvi şəkildə bu vaksinasiya aparılmayacağı üçün qorunma tədbirlərinə əməl etmək lazımdır”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı