ÜMİDTV: Sabunçu rayonu Ramana qəsəbəsində yaşayan sakinlər küçəyə axan çirkab sularından əziyyət çəkir.
Bu barədə videogörüntülər Oxu.Az-ın redaksiyasına göndərilib. Sakinlərin sözlərinə görə, video Ramana qəsəbəsində Şuşa şəhərciyi adlandırılan ərazidə çəkilib.
Çirkab suları küçələrə, oradan da yaşayış evlərinə dolub. Ərazidə nəinki nəqliyyatın, eləcə də vətəndaşların hərəkəti iflic olub.