SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2997_n-zaman-s-xsi-m-nzill-r-v-yasayis-binalari-dezinfe

CƏMİYYƏT

Hamısı

Nə zaman şəxsi mənzillər və yaşayış binaları dezinfeksiya edilir?

(3 Yil, 5 Ay öncə) 649 İzlenme 0 Yorum
Nə zaman şəxsi mənzillər və yaşayış binaları dezinfeksiya edilir?

ÜMİDTV:    Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Vaqif Abdullayev dezinfeksiya tədbirləri barədə müsahibə verib.

- Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dezinfeksiya işləri harada və necə aparılır? Bəzi şirkətlər ofislərini dezinfeksiya etdirmək istəyirlər. Bunun üçün haraya necə müraciət edə bilərlər?

Mərkəzin tabeliyində fəaliyyət göstərən Dezinfeksiya stansiyaları (“Bakı şəhər dezinfeksiya mərkəzi” PHŞ və onun bütün Bakı şəhərini əhatə edən 3 rayonlararası bölməsi, Gəncə, Sumqayıt, Mingəçevir, Cəlilabad və Masallı şəhərlərinin dezinfeksiya stansiyaları), digər şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzlərinin nəzdində fəaliyyət göstərən dezinfeksiya bölmələri, habelə təsərrüfat hesablı profilaktik dezinfeksiya şöbələri ölkəmizdə yoluxucu xəstəliklərə qarşı dezinfeksiya işlərini həyata keçirən əsas qurumlardır.

Hər hansı bir yoluxucu xəstəlik hadisəsi barədə ərazilərin gigiyena və epidemiologiya mərkəzlərindən daxil olan məlumatlar (sifarişlər) əsasında yuxarıda qeyd edilən qurumlar tərəfindən xəstəlik hadisəsi baş vermiş məkanlarda (evdə, iş yerində, kollektivdə və s.) tamamlayıcı dezinfeksiya aparılır. Yalnız o şərtlə ki, yoluxucu xəstələr həmin məkanlardan xəstəxanalara köçürülmüş olsun.

Xəstələrin aşkar edildiyi məkanlarda (evdə, olduğu yerdə və s.) təcrid olunduğu hallarda xəstəyə qulluq edən şəxslər, yaxud xəstələrin özləri (simptomsuz xəstələr) tərəfindən cari dezinfeksiya işləri aparılmalıdır. Bu hallarda xəstələrin olduqları ərazilər üzrə dezinfeksiya stansiyaları, gigiyena və epidemiologiya mərkəzləri tərəfindən xəstələrə, xəstə yaxınlarına cari dezinfeksiya aparılması qaydaları barədə metodik köməklik göstərilməlidir.

İstənilən idarə, müəssisə və təşkilat profilaktik məqsədlə yerləşdikləri ərazilərin dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, yaxud özəl dezinfeksiya xidmətləri ilə dezinfeksiya işlərinin aparılması üçün müqavilələr bağlaya bilərlər.

- Dezinfeksiya maddələri insan orqanizminə nə dərəcədə ziyanlı ola bilər?

- Dezinfeksiyaedici vasitədən istifadə edilərkən ilk növbədə həmin vasitənin istehsalçısı tərəfindən tərtib edilən təlimatlara əməl edilməsi vacibdir. Xəstələrin olduqları yerlərdən xəstəxanalara aparıldıqları bütün hallarda həyata keçirilən tamamlayıcı dezinfeksiya aparılan müddətdə və dezinfeksiya başa çatdırıldıqdan sonra dezinfeksiyaedici vasitənin təlimatına uyğun olaraq müəyyənləşdirilən müddət ərzində (bu müddət barədə dezinfeksiyanı həyata keçirən qrupun rəhbəri tərəfindən qapalı məkanın cavabdeh şəxsinə xəbərdarlıq edilməlidir) dezinfeksiya edilən qapalı məkanda dezinfeksiyanı aparanlardan savayı digər şəxslərin olmasına yol verilmir.

Məqsəd, qapalı məkanlarda aparılan dezinfeksiya zamanı dezinfeksiyaedici vasitələrin tərkibində olan aktiv maddələrin zərərli təsirindən insanların sağlamlığının mühafizəsinin təmin olunmasıdır.

Xüsusən çiləmə, püskürtmə üsulları ilə aparılan tamamlayıcı dezinfeksiya zamanı yaranan kiçik damlaların tərkibində olan aktiv maddələr, məsələn xlor təsirindən gözlərin zədələnməsi, tənəffüs yollarının, dərinin qıcıqlanması kimi sağlamlıq problemləri baş verə bilər. Ümumilikdə isə dezinfeksiyaedici maddələrin orqanizmə zərərli təsir dərəcəsi hər bir dezinfeksiyaedicinin tərkibində olan aktiv maddənin toksiklik dərəcəsindən, qatılığından (konsentrasiyasından) asılı ola bilər.

- Hansı hallarda şəxsi mənzillər və yaşayış binaları dezinfeksiya edilir?

- Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tabeliyində olan dezinfeksiya xidməti tərəfindən şəxsi mənzillər və yaşayış binaları xəstələrin müvafiq tibb müəssisələrinə aparılmasından sonra tamamlayıcı dezinfeksiya edilir.

Şəxsi mənzillərdə və yaşayış binalarında yerləşdikləri ərazilərin dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, yaxud özəl dezinfeksiya xidmətləri ilə bağlanmış müqavilələr üzrə ödənişli əsasda profilaktik dezinfeksiya işləri aparıla bilər.

Bundan başqa, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tabeliyində olan, müasir tələblər səviyyəsində təchiz olunmuş dezinfeksiya xidməti tərəfindən COVID-19 infeksiyasının yayılmasına qarşı effektiv mübarizə məqsədi ilə Səhiyyə Nazirliyinin tapşırığı əsasında ölkənin demək olar ki, bütün təhsil müəssisələrində dezinfeksiya işləri həyata keçirilmişdir.

- Sadə vasitələrlə evdə dezinfeksiya işləri necə aparılmalıdır?

- Xəstələrin evdə qalması halında, yaxud profilaktik məqsədlə dezinfeksiya zamanı təmizlik işlərinin aparılması qaydalarına və prinsiplərinə ciddi əməl edilməli, ilk növbədə otaqda olan bütün əşyaların səthləri sabunlu yaxud yuyucu vasitəli su ilə təmizləndikdən sonra dezinfeksiyaedici məhlulla isladılmış təmiz əski ilə silinməklə dezinfeksiya olunmalıdır.

COVID-19 infeksiyasına qarşı mübarizədə səthlərin cari dezinfeksiyasının aparılması üçün Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə natrium hipoxloritin 0,1 faizli məhlulundan və 70-90 faizli spirtdən istifadə edilməsi məqbul hesab olunur.

Məişətdə istifadə üçün nəzərdə tutulan və ticarət müəssisələrində satılan xlor tərkibli vasitələrdən də istifadə edilməsi məqsədəuyğundur. Cari dezinfeksiyanın aparılması zamanı maska və əlcəkdən istifadə olunmalı, ağız, burun, üz və dəri səthinə toxunulmamalıdır.


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı