SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1328_sahib-qafarova-almaniyanin-olk-mizd-ki-s-firi-il-q

SON XƏBƏR

Hamısı

Sahibə Qafarova Almaniyanın ölkəmizdəki səfiri ilə Qarabağdakı hadisələri müzakirə edib

(3 Yil, 7 Ay öncə) 531 İzlenme 0 Yorum
Sahibə Qafarova Almaniyanın ölkəmizdəki səfiri ilə Qarabağdakı hadisələri müzakirə edib

ÜMİDTV.com:         Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova oktyabrın 7-də Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq ilə görüşüb.

Səfiri salamlayan Spiker Sahibə Qafarova Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, ticarət, turizm və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib. Sədr deyib ki, Almaniya Azərbaycanın vacib iqtisadi tərəfdaşlarından biridir. Humanitar, mədəniyyət, təhsil sahəsində münasibətlərin də inkişaf etdiyini söyləyən Sahibə Qafarova 200 il bundan əvvəl Azərbaycanda məskunlaşmış almanların mədəni irsinə dövlətimiz tərəfindən qayğı göstərildiyini bildirib.

Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin də inkişaf etdiyi vurğulanıb.

Səfir Volfqanq Maniq Azərbaycanın Almaniya üçün mühüm iqtisadi tərəfdaş olduğunu vurğulayaraq, ölkəsinin həm Azərbaycan hökuməti, həm də parlamenti ilə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib. O deyib ki, Almaniya mövcud olan möhkəm baza üzərində münasibətlərin daha da inkişafında maraqlıdır.

Spiker səfirlə görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verib. O, Dağlıq Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu bildirib və əlavə edib ki, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır.  Bununla bağlı, bütün nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müvafiq qərar və qətnamələr qəbul olunub.

Sahibə Qafarova münaqişənin uzun illərdir həll olunmamasının səbəbinin Ermənistanın işğalçılıq siyasəti və bu ölkənin törətdiyi təxribatlar olduğunu vurğulayıb. O xatırladıb ki, iyul ayında Ermənistan silahlı qüvvələri Tovuz rayonunda kəndlərimizi və hərbi mövqelərimizi atəşə tutub. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində düşmənin təxribatının qarşısı alınıb. Lakin Ermənistan təxribatlarını davam etdirib. Milli Məclis Sədrinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev hətta BMT Baş Assambleyasında çıxışı zamanı Ermənistanın yeni müharibəyə hazırlaşdığını və dayandırılmalı olduğunu bildirdi.

Sahibə Qafarova sentyabrın 27-də isə Ermənistan silahlı qüvvələrinin növbəti dəfə hərbi təxribatlara əl ataraq müxtəlif istiqamətlərdən bizim kəndlərimizə və hərbi mövqelərimizə hücum etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan Ordusu əks hücum əməliyyatı həyata keçirərək düşmənin bu təxribatının qarşısını alıb, işğal altında olan bəzi ərazilərimizi azad edib. O, xüsusilə, qeyd edib ki, beynəlxalq hüquqi prinsiplərə əməl etməyən Ermənistan mülki vətəndaşları hədəfə alır. Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə, digər böyük şəhəri olan Mingəçevir Ermənistan tərəfindən raketlərdən atəşə tutulub. Bu isə beynəlxalq hüquqa ziddir və Ermənistan tərəfindən Azərbaycana qarşı növbəti təcavüz aktıdır.

Sahibə Qafarova qeyd edib ki, Azərbaycan Ordusu öz torpaqlarında döyüşür və Azərbaycanın heç kəsin torpağında gözü yoxdur. Azərbaycan xalqı torpaqlarımızın işğaldan tam azad olunmasını istəyir.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı