SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1322_foto-jurnalist-c-bh-bolg-sin-giris-qadagandir-mug-

SON XƏBƏR

Hamısı

FOTO: Jurnalistə, cəbhə bölgəsinə giriş qadağandır, müğənniyə press geyimində yol açıqdır!-UĞURLU GƏLƏCƏYİN ŞƏFFAF YOLU

(3 Yil, 7 Ay öncə) 1,66 B İzlenme 0 Yorum
Jurnalistə, cəbhə bölgəsinə giriş qadağandır, müğənniyə press geyimində yol açıqdır!-UĞURLU GƏLƏCƏYİN ŞƏFFAF YOLU!!!

ÜMİDTV.com:        27 sentyabr tarixində illərlə həsrətində olduğumuz,  Erməni terror qruplaşmasının işğalı altında olan torpaqlarımızın azad edilməsi uğrunda Müdafiə Nazirliyinin əks hücum əməliyyatlarına strat verildi.  Vur əmrini eşidən qəhrəman əsgərlərimiz Ali Baş Komandanın döyüş tapşırıqlarını məharətlə icra edərək erməni quldurlarına əsil cəhənnəmi yaşatdılar və bu gün də rəşadətli ordumuz torpaqlarımızı işğalçılardan azad edərək xalqımıza qələbə həyəcanı yaşadırlar.

Azərbaycan əsgərinə dəstək olmaq üçün ölkə vətəndaşları səfərbər oldu, könüllü cəbhəyə yazılanlardan tutmuş  ordumuza maddi və mənəvi dəstək olanlar oldu, bu gün də bu qürurverici aksiya davam etməkdədir.  Cəbhə bölgəsindən operativ və doğru məlumatları ictimaiyyətə çatdırmaq üçün jurnalistlərimiz də ən qaynar nöqtələrdə oldu və bu gün də missiyalarını qorxmadan davam etdirirlər.

Lakin ordumuzun düşmənlə üz-üzə gərgin döyüş apardığı bir vaxtda, sosial mediada cəbhə bölgəsindən üzərində press yazılmış jurnalist geyimləri ilə selfi çəkib paylaşanlar da az olmadı. 

Bu gün sosial şəbəkədə diqqətimizi çəkən və müharibə şəraitində  reklam xarakterli  hərəkətləri ilə  xoş təəssürat  yaratmayan müğənni Tünzalə Ağayevanın press geyim formasında, əlində kamera ilə çəkdiyi bir foto oldu.   Əlbətdə  Tünzalə Ağayeva müğənni olaraq əsgərlərimizi ruhlandırmaq üçün cəbhə bölgəsində tədbir şəklində iştirak etmiş olsaydı, heç də ictimai qınağa tuş gəlməzdi.   Müdafiə Nazirliyi tərəfindən Tünzalə Ağayevanın jurnalist geyimində əldə kamera cəbhə bölgəsinə buraxılmasına  biabrçılıqdan bağqa bir ad vermək mümkün deyil.

Açıq yazmaq məcburiyyətindəyik.  AZTV, İTV, REALTV-dən başqa bir çox internet kanalları və saytları var ki, onların da bölgəyə ezam etdiyi jurnalistlər cəbhədən birbaşa yayımlar verirlər. Lakin ölkə mediasında geniş ictimai təsirə malik medialar var ki, cəbhə bölgəsinə buraxılmırlar. Hətta onların rəsmi müraciətləri belə cavabsız qalır. Bu ayrı-seçkiliyin fərqini biz bilirik. O medialar ki, cəbhə bölgəsinə buraxılırlar, onları maliyələşdirənlər, daha doğrusu onların əsil faktiki sahibləri bəzi vəzifə səlahiyyətliləridirlər.  Əli uzun, sözü kəsərli olan bu səlahiyyətlilərin hesabına, adını “bəzi” qoyduğumuz  internet kanalları və saytları icazəli cəbhə bölgəsinə ezam olunaraq rahatlıqla çəkilişlərini yayımlaya bilirlər. Biz bu yazı ilə həmin media mənsublarına qarşı fikir ifadə eləmirik. Çünki həmin mediada çalışan jurnalistlərin cəbhə bölgəsində hansı təhlükələrlə üzləşdiyini görürük və yüksək dəyərləndiririk. Sözümüz onlara deyil.  Bizim sözümüz  media-mətbuat arasında ayrı-seçkilik yaradanlaradır ki, onların bu xoşagəlməz hərəkətləri , müstəqil və azad medianın hüquqlarının kobud şəkildə pozulmasına xidmət edir.  Azərbaycanda fəaliyyət göstərən media qurumlarının hər birinin müharibə şəraitində cəbhə  bölgəsinə əməkdaşlarını ezam etmək hüququ var. Çünki hərbi mübarizə ilə yanaşı, informasiya müharibəsi də olduqca zəruridir.  Cəbhə bölgəsindən düşmənin təxribatlarına dair  informasiyanın olduğu kimi dünyaya çatırılması məsuliyyəti məhz ölkə mediasının üzərinə düşür.  Lakin bu missiyanı həyata keçirmək arzusunda olan əksər media qurumları cəbhə  meydanından kənarlaşdırıldı.  Acınacaqlısı odur ki, əyninə jurnalist formasını geyib əlinə kamera alan müğənni PRESS formasında cəbhə bölgəsinə buraxılır və onun selfi çəkməyinə şərait yaradılır.

Biz media olaraq kütləvi informasiya vasitələri arasında yaradılan bu ayrı-seçkiliyə qarşı qəti etirazımızı bildiririk, eyni zamanda hansısa bir müğənninin jurnalist geyimində əldə kamera  cəbhə bölgəsində çəkiliş aparmasını kütləvi informasiya vasitələrinə qarşı hörmətsizlik kimi qiymətləndiririk.

Həmçinin bir media olaraq bu cür qəbuledilməz hərəkətlərə bu günə qədər susmağımızın səbəbi, ölkəmizin müharibə şəraitində olması, ordumuzun düşmən üzərində qələbəsini , Ali Baş Komandanımızın xalqımızı qələbə münasibəti ilə təbrik etməsini gözləmək idi və gözləyirik də.

Allah Ali Baş Komandanımız başda olmaqla xalqımızı və ordumuzu qorusun. Şübhəsiz ki, bu döyüşdə rəşadətli ordumuz sayəsində biz qalib gələcəyik !  Yetər ki, hər kəs öz işi ilə məşğul olsun və media arasında ayrı-seçkiliyə son qoyulsun !

Tünzalə Ağayevaya gəldikdə isə, yaxşı olardı ki, o da öz işi ilə məşğul olsun və ordumuz zəfər çalarkən qələbəni  məhz müğənni geyimində qeyd edərək, Xankəndində selfi çəkdirib soaial şəbəkədə paylaşsın.

O ki qaldı Müdafiə Nazirliyinə, ilk öncə ordumuza bu döyüşdə qələbə arzulayırıq və arzu edirik ki, istər sülh, istərsə də müharibə şəraitində bütün qanuni fəaliyyəti olan media qurumlarına eyni şəraiti yaratsın.

Ümid Tv Azərbaycan

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı