SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1015_turkiy-ordusu-qarabaga-gir-bil-r-s-b-b-is-politolo

SON XƏBƏR

Hamısı

Türkiyə ordusu Qarabağa girə bilər: Səbəb isə... - Politoloq AÇIQLADI

(3 Yil, 8 Ay öncə) 557 İzlenme 0 Yorum
Türkiyə ordusu Qarabağa girə bilər: Səbəb isə... - Politoloq AÇIQLADI

ÜMİDTV.com:      "Sorosun məhsulu olan Paşinyan rejimi təxribatlardan əl çəkmir. İstər Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” deyərək danışıqları yerlə bir etməsi, istər Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti, istərsə də sərhəddə fasiləsiz təxribatlar törətməsi müharibənin yenidən başlaması ehtimalını artırır. Azərbaycan müharibə istəmir, beynəlxalq hüquq çərçivəsində məsələnin həllində maraqlıdır. Bunu ən son açıqlamasında cənab Prezident İlham Əliyev bir daha bildirdi. Lakin o eyni zamanda qeyd etdi ki, “Əgər Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan niyə beynəlxalq hüququ gözləməlidir?” Düşünürəm ki, bu Ermənistan üçün bir mesajdır. Bundan əlavə, Prezident eyni zamanda onu da bildirdi ki, danışıqlar faktiki olaraq getmir, dayanmış vəziyyətdədir".

Bu sözləri mətbuat.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. O bildirib ki, hal-hazırki vəziyyətdə müharibə olma ehtimalı yüksəkdir:

"Azərbaycanın güclü ordusu var, üstəlik xalqımızın da bu məsələdə səbri tükənib. Həm dövlətimiz, həm xalqımız artıq hansı yolla olur-olsun öz əzəli torpaqlarını geri istəyir. Hər baxımdan biz buna qadirik. Şəmkirdə növbəti pilotsuz uçuş aparatının vurulması da bunun əyani sübutudur. Hər kəsi düşündürən bir sual isə müharibə olacağı təqdirdə Türkiyə və Rusiyanın da buna qoşulmaq, daha böyük müharibəyə çevrilmə ehtimalının olub-olmamasıdır. Əvvəla onu qeyd edim ki, Ermənistan bir tərəfdən Suriya və Livan ermənilərini məskunlaşdırır. Nəzərə alsaq ki, Livan daim terrorçuların kök saldığı bir yer olub, məsələnin ciddiliyi daha da təhlükəli xarakter alır. Çünki buradan köçürülən ailələrin içərisində də terrorçuların olma ehtimalı böyükdür. Digər tərəfdən PKK terrorçularının Dağlıq Qarabağda məskunlaşması ilə bağlı xəbərlərin artması müharibə olacağı ehtimalını daha da artırır. Göründüyü kimi Ermənistan hər vəchlə, terrorçuları cəlb etməklə belə danışıqlarda maraqlı deyil. Eyni zamanda bu gündən etibarən Azərbaycan hərbi vəzifəlilərin orduya çağırışına başladı. Məskunlaşdırma, işğal, təxribat, Tovuz hadisələri və Paşinyanın sərsəm bəyanatları azmış kimi Ermənistan Rusiyadan silah almağa davam edir. Əlbəttə, Rusiya müstəqil dövlətdir, iqtisadiyyatı silah sənayesindən asılı olan bir dövlətdir və istənilən dövlətə də silah sata bilər. Lakin silah satışı məsələsində Ermənistan istisna təşkil etməlidir. Çünki Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi iki tərəfə də bərabər məsafədə dayanmalıdır. Lakin illərdir biz bunun tamamilə əksini görürük. Bütün bu faktlar müharibə ehtimalını təbii ki, artırır".

Şəbnəm Həsənova bildirib ki, son illərdə Türkiyənin PKK ilə mübarizə şəraitində olduğunu və Ermənistanın Qarabağa terrorçuları köçürdüyünü nəzərə alsaq, Türkiyə ordusunun Qarabağa girməsi ehtimalı böyükdür:

“Bütün bu təxribatlar fonunda isə Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri müntəzəm xarakter daşıyır. Ermənistan rəhbəri yaxşı bilir ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətindən İrəvana təqribən 70-80 kilometr məsafə var. Bu fakt, Türkiyə faktoru da onları qorxuya salır.

Eyni zamanda o da qeyd olunmalıdır ki, Türkiyə Prezidentinin Administrasiyasından bir daha bildirildi ki, Türkiyə Azərbaycana qarşı hər hansı bir təcavüzü Türkiyəyə qarşı təcavüz kimi qəbul edir. Bu isə nəinki Ermənistanı, eyni zamanda hər kəsi agah etməlidir ki, Türkiyə Azərbaycanı döyüş meydanında tək qoymayacaq. Azərbaycanın Dağlıq Qarabağ problemini həll etmək üçün hansı həll yolu seçməsindən asılı olmayaraq, Ankara Azərbaycanı dəstəkləyəcək və bu istiqamətdə bütün imkanlarını səfərbər edəcək. ATƏT-in Minsk Qrupu üzvlərinin Ermənistanın hərbi təxribatı qarşısında hərəkətsizliyinin Ermənistan hakimiyyətini arxayın salması fonunda bu işğalçı dövlət havadarlarının səssiz razılığına güvənərək unutmasın ki, Türkiyə də Azərbaycanın müttəfiqidir.

Bütün bu amilləri nəzərə alaraq Türkiyə Qarabağa girə bilər. İllərdi PKK terrorçuları ilə regionda mübarizə aparan Türkiyənin bu mübarizədə üzünü Cənubi Qafqaza da tutması nəinki istisna hal təşkil etmir, eyni zamanda son dərəcə mümkün bir ssenaridir”.

Cavidan Mirzəzadə / Metbuat.az


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı