SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1002_milli-m-clisin-regional-m-s-l-l-r-komit-sinin-payi

SON XƏBƏR

Hamısı

Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyanın iş planı təsdiqlənib

(3 Yil, 8 Ay öncə) 912 İzlenme 0 Yorum
Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyanın iş planı təsdiqlənib

ÜMİDTV.com:        Sentyabrın 18-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Apa-ya verilən məlumata görə, komitə sədri Siyavuş Novruzov diqqətə çatdırıb ki, iclasda komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabat və payız sessiyası üçün iş planının layihəsi müzakirə olunacaq.

İclasın əvvəlində deputatlar komitənin üzvü olmuş mərhum Fəttah Heydərovun xatirəsini bir dəqiqəlik sükutla anıblar. Sonra gündəlikdəki məsələlərə baxılıb. Komitə sədri bildirib ki, 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitə tərəfindən 9 iclas keçirilib, 19 məsələ müzakirə olunub. Bələdiyyələrin fəaliyyətinə dair, digər məsələlərlə bağlı bir sıra qanunlara baxılıb. Bunlardan Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında və Bələdiyyələrinfəaliyyətinəinzibatinəzarətihəyatakeçirən orqanın illik məruzəsi ilə bağlı məsələlər xüsusi qeyd edilib. Komitədə baxılan məsələlər parlamentin plenar iclasına tövsiyə edilib və Milli Məclis tərəfindən qəbul olunub.

Komitə sədri deyib ki, pandemiyaya baxmayaraq, deputatlar regionlarda seçicilərlə mütəmadi görüşlər keçirib, vətəndaşlara hərtərəfli diqqət və qayğı göstəriblər.

Siyavuş Novruzov diqqətə çatdırıb ki, hesabat dövründə komitəyə 700-dən artıq müraciət daxil olub. Hər bir müraciət araşdırılıb və həll edilməsiüçün aidiyyəti qurumlara göndərilib. Bildirilib ki, bir yenilik olaraq, hər bir komitə üzvünün yerlərdə gördüyü işlər barədə məlumatlar toplanıb və ümumi hesabata daxil edilib.

Sonra komitənin payız sessiyası üçün iş planı barədə məlumat verilib. Bildirilib ki, bu sessiyada Azərbaycan Respublikası Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri qanun layihələrinə, Azərbaycan Respublikasının mövcud qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında, habelə Regional məsələlər komitəsi üzvlərinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi layihələrə baxılması nəzərdə tutulub.

Sonra komitə üzvləri Nizami Cəfərov, Səttar Möhbalıyev, Aqil Məmmədov, Məzahir Əfəndiyev, Kamran Bayramov, Cavid Osmanov çıxış edərək 2020-ci il yaz və növbədənkənar sessiyalar ərzində təmsil etdikləri bölgələrdə seçicilərlə keçirdikləri görüşlər, vətəndaşların qaldırdıqları məsələlər, mövcud problemlərin həlli istiqamətində görülən işlər barədə ətraflı məlumat veriblər. Millət vəkilləri ölkənin ictimai-siyasi həyatında baş verən son hadisələr, o cümlədən Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilən təxribatla bağlı öz fikirlərini açıqlayıblar.

Tədbirdə iştirak edən Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Seyid Hacı Mirhəşim komitə ilə şöbə arasında qanunvericilik sahəsində əməkdaşlıq barədə fikirlərini bölüşüb.

İclasda komitənin 2020-ci il yaz və növbədənkənar sessiyalarında fəaliyyəti müsbətqiymətləndirilib, payız sessiyanın iş planı təsdiqlənib.

 
 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı