FLAŞ XEBER

Azərbaycanda turizm şirkətlərinə 848 min manat vəsait ÖDƏNİLDİ

Azərbaycanda turizm şirkətlərinə 848 min manat vəsait ÖDƏNİLDİ

Azərbaycanda turizm şirkətlərinə 848 min manat vəsait ÖDƏNİLDİ

Pandemiyadan zərər çəkən sahibkarlara Dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində turizm sahəsində fəaliyyət göstərən 43 sahibkarlıq subyektinin ümumi məbləği 7,6 mln. manat olan kreditlərinə 4,5 mln. manatlıq dövlət zəmanəti verilib.

Sahibkarlığın İnkişafı Fondundan verilən məlumata görə, zəmanət verilən kreditlər üzrə 499 min manat məbləğində subsidiya ödənilib.

Mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması çərçivəsində isə 47 turizm layihəsinə 349 min manat məbləğində vəsait verilib.

Beləliklə, subsidiyanın ümumi məbləği 848 min manat təşkil edib.

Hazırda turizmin müxtəlif sahələri üzrə layihələrin güzəştli kredit hesabına maliyyələşdirilməsi davam etdirilir.

Qeyd edək ki, 2020-ci ilin iyun ayından etibarən pandemiyadan zərər çəkən sahibkarlara münasibətdə fond tərəfindən dövlət zəmanətli kredit, subsidiya və mövcud kredit portfeli üzrə subsidiya mexanizmlərinin tətbiqinə başlanılıb. Dövlət zəmanətli kredit və subsidiya mexanizmi cari ildə başa çatıb.