SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4822_v-t-np-rv-rlik-movzusunda-silsil-insalar-yazan-zey

CƏMİYYƏT

Hamısı

Vətənpərvərlik mövzusunda silsilə inşalar yazan Zeynəb Allahverdiyevanın gözü ilə- ŞUŞA...

(2 Yil, 0 Ay öncə) 8,78 B İzlenme 217 Yorum
Vətənpərvərlik mövzusunda silsilə inşalar yazan Zeynəb Allahverdiyevanın gözü ilə -ŞUŞA...

ÜMİDTV: Qarabağın gözü – ŞUŞA

Əymə sən başını, başımın tacı,
Nəhayət tapılar dərdin əlacı.
Ər-aslan oğullar ayağa qalxar,
Ayaqlar altında qalan bayrağı,
Şuşa qalasının başına taxar.

Ulu öndər Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”. 
 

Qarabağın döyünən qəlbi, Azərbaycan musiqisinin beşiyi olan  Şuşa 8 avqust 1930-cu ildə rayon statusu almışdır. İşğaldan əvvəl ərazidə 1 şəhər, 1 qəsəbə (Turşsu), 37 kənd olub. 1992-ci il may ayının 8-də erməni terrorçuları tərəfindən işğal edilib. Yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub. Şuşada yerləşən tarixi abidələr, muzeyler təhqirlərə məruz qalıb, məhv edilib. 

Şuşanın süqut edəcəyinə heç kəs inanmırdı. Şuşanın işğal olunduğu gün Azərbaycan xalqının ən acı günlərindən biri kimi yaddaşlarda qaldı. Azərbaycan xalqı həmin gündən bəri hər il qeyd edilən Xarıbülbül festivalını keçirmədi. 
İllər sonra, işğalın 27-ci ildönümündə Ermənistan Baş Naziri Nikol Paşinyan Şuşada yallı rəqsi etməklə Azərbaycan xalqını təhqir etdi. Biz isə 28 il Şuşaya qayıdacağımız günü səbirsizliklə gözlədik.  44 günlük müharibədən sonra 8 noyabr 2020-ci ildə cənab Ali Baş Komandanın əmri ilə Azərbaycanımızın rəşadətli oğulları tərəfindən Şuşa şəhəri işğaldan azad olundu.  

O gün gəldi…..Bütün ərazilərimiz kimi Şuşa da düşmən əsarətindən qurtuldu. Üçrəngli bayrağımız Şuşaya sancılarkən bizdən soruşdu: “Harada idiniz? Başım nələr çəkdi, nələr….. Adımı dəyişdirdilər, təcavüz etdilər, 28 il o pis dillərini eşitmə işgəncəsinə məruz qaldım. Ağladım, üsyan etdim. Sus dedilər, səni artıq kimsə duymaz dedilər … Bəzən gecələr yuxuda vəhşət görərsən, bağırmaq istərsən, amma səsin çıxmaz, səhər qalxıb kabus olduğuna sevinərsən. Mən isə qalxıb sevinə  bilmirdim, çünki gecə də, gündüz də kabus idi... Siz bəlkə də ümidinizi itirmişdiniz. Mənim isə ümid etməkdən başqa ümidim yox idi... Çox çarəsiz idim…..28 illik işgəncə bitəcəkmi?....Gərçək övladlarım məni xilas etməyə gələcəkmi?.....İlahi! Səslərinizi duyuram! Mən sizə qovuşuram!.... Çayınız bal-şəkər olsun, nuş olsun, igidlər! Sonuna qədər hər şeyi haqq etdiniz. Səhər-səhər ürəyim dağa döndü!”

Yenə qonaqlı-qaralı Cıdır düzü igidlərin məskəninə çevriləcək. Doğmalarının nəfəsinə həsrət qalan xarıbülbül əsrarəngiz gözəlliyi ilə hamını valeh edəcək... 
Xarıbülbül əfsanəsində deyilir ki, bülbül gülün əyilən qamətini düzəldir. Ancaq gülün xarı (yəni tikanı) onun sinəsinə sancılır. Bülbül məhv olur, ancaq gülü bir addım belə əyilməyə qoymur. Azərbaycanımızın mərd oğulları vətən uğrunda  canlarını həmin bülbül kimi qurban verdilər.  Onların sayəsində  biz Cıdır düzündən qucaq-qucaq xarıbülbül toplayacağıq.......

  Bu nə gözəl görüntüdür, Allahım! Şuşa! Bəli, biz səni azad etdik, Şuşa! Cıdır düzündən başqa heç yerdə kök salmayan xarıbülbülün gözündə yaş, üzündə qəmin olmasına, dağların başının isə ah çəkməsinə daha razı ola bilməzdik! Bütün qara buludları sənin üstündən dağıtdıq! Artıq sən bir günəş kimi işıq saçacaqsan!

Dünya Məktəbi 7 ci sinif şagirdi Zeynəb Allahverdiyeva.

Müqabil Hüseyin

 


Şərh Yaz

ŞƏRHLƏR

Saexs - 22.12.2021 14:30:49
Ddzcc
14 Bəyənmədim
12 Bəyəndim
Aliyeva Meryam - 8.03.2021 10:26:03
Ugurlarin bol olsun Gozel Zeynebim🙏❤
17 Bəyənmədim
11 Bəyəndim
Alızadə Aysel - 8.03.2021 09:07:05
Azərbaycanın belə vətənpərvər ruhda böyüyən övladları olduğu üçün gələcəyi sağlam əllərdədir.Oxuyub qürur duydum!Uğurların bol olsun,gözəl Zeynəb!
12 Bəyənmədim
16 Bəyəndim
Daha əvvəl səs verdiniz!
Samira Hajiyeva - 8.03.2021 08:35:25
Belə vətənpərvər ruhda böyüməsinə səbəb olan valideynlərə təşəkkür düşür həqiqətən. Sağ olsun qızımız gözəl yazıb.
12 Bəyənmədim
12 Bəyəndim
Aynur Quliyeva - 8.03.2021 07:46:02
Her zamanki kimi gozle yazilari fikirleri ile cixis eden istedadli Zeynebimiz. Yaxsiki senin kimi ovladlarimiz yetisir. Ugurlarin herzaman bol olsun
12 Bəyənmədim
11 Bəyəndim

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı