SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/951_daha-5-rayon-l-gv-edil-bil-r-qusar-xacmaz-d-v-ci-s

SON XƏBƏR

Hamısı

Daha 5 rayon ləğv edilə bilər - Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən...

(3 Yil, 7 Ay öncə) 2,67 B İzlenme 0 Yorum
Daha 5 rayon ləğv edilə bilər - Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən...

ÜMİDTV.com:       Azərbaycanda ciddi inzibati islahatlara ehtiyac var. Ölkə başçısının məsələ ilə bağlı müvafiq göstərişləri artıq icra edilməkdədir. Gəncə şəhərinin Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi bunun ən gözəl nümunəsi ola bilər. Analoji halın digər rayonlar üçün də tətbiq edilməsi mümkündür.

Bunu millət vəkili Vahid Əhmədov Gəncə şəhərinin Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv ediləcəyi barədə məlumatı şərh edərkən deyib.

Deputat bildirib ki, kiçik rayonlar ləğv edilərək 11 iqtisadi rayon yaradılmalıdır:

“Bu məsələni əvvəllər də dilə gətirmişəm. Azərbaycanda bu qədər çox rayonun olmasını doğru saymıram. Məsələ ondadır ki, Azərbaycanda 11 iqtisadi rayon var. Bu reallığı nəzərə alaraq, əyalət formasında 11 iqtisadi rayon yaratmaq olar. Çünki bu qədər rayon üçün icra başçısı və hərəsinin ayrıca icra aparatı olması dövlət üçün əlavə yük deməkdir. Misal üçün, şimal zonasında Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən rayonları var. Bu rayonlar məsafə baxımından bir-birinə çox yaxındır. Bu qədər parçalanmağa ehtiyac yoxdur. Bəhs etdiyim rayonlar vahid bir quberniya, ya da əyalət formasında birləşə bilər.

Gəncə şəhərinin Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsinə gəldikdə isə deyə bilərəm ki, bunun xüsusi bir səbəbi yoxdur. Adı çəkilən bu iki rayon onsuz da Gəncənin tərkib hissəsi idi”.

Deputatın fikrincə, icra hakimiyyətlərinin gördüyü bütün işləri bələdiyyələr də rahatlıqla görə bilər: “Düşünürəm ki, hazırda biz bələdiyyə institutlaşmasına daha çox fikir verməliyik. Hazırda bələdiyyələrin statusunu, onların səlahiyyətlərini artırmaq daha vacibdir. Bu, reallaşarsa, bələdiyyələr daha yaxşı fəaliyyət göstərəcək.

11 iqtisadi rayon yaradılmalıdır və rəhbər təyin edilməlidir. Yerdə qalan bütün səlahiyyətlər yerli bələdiyyələrə verilməlidir. Biz bu istiqamətdə Türkiyəni örnək ala bilərik. Türkiyədə qeyd etdiyim üsul sınanıb, uzun illərdir tətbiq edilir. Bizdə də uğurlu olacağına şübhəm yoxdur”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı