ÜMİDTV.com: Bu sözləri millət vəkili Şahin Seyidzadə AzTV-də yayımlanan “Koronovirus İnfo”da deyib.
O bildirib ki, dövlət bütün məhdudiyyətləri götürə bilməz:
"Məhdudiyyətlər müxtəlif sahələrdə qismən də olsa qalmalıdır. Təhlillər bizə imkan verəcək ki, hansı qərarları harada tətbiq edək.
Təhlillər göstərir ki, müsbət trend var, sərt karantin rejiminin artıq müsbət nəticələri var və əhalinin də bunda çox böyük töhfəsi olub. Qaydalara riayət edən əhaliyə təşəkkür edirik".