SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/777_d-rsl-r-sentyabrin-15-d-baslanacaq-elcin-f-ndid-n-

SON XƏBƏR

Hamısı

Dərslər sentyabrın 15-də başlanacaq - Elçin Əfəndidən AÇIQLAMA

(3 Yil, 8 Ay öncə) 813 İzlenme 0 Yorum
"2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrində dərslər sentyabr ayında ənənəvi qaydada başlanacaq."

ÜMİDTV.com:          Bu fikirləri təhsil eksperti Elçin Əfəndi Metbuat.az-a özəl müsahibəsində bildirib.

Onun sözlərinə görə, pandemiya dövrünü nəzərə alaraq şagirdlərin dərslərdə iştirak edə bilməsi üçün müvafiq qaydalar hazırlanır.

“Burada əsasən siniflərdə şagirdlərin sayı 15 nəfərə qədər azaldılaraq, tək-tək parta arxasında oturmaq şərti ilə tədris proqramı həyata keçirilə bilər. Sentyabrda dərslərin ənənəvi qaydada başlanmasına səbəb birinci sinif şagirdlərinin müəllimlərinə öyrəşməsinə şərait yaratmaqdır. Amma ali və orta ixtisas məktəblərinin birinci kurs tələbələri üçün dərslər ixtisaslaşma və imtahanların gec başlanması səbəbindən oktyabrda planlaşdırılır.

Elçin Əfəndi bildirdi ki, əgər ikinci dalğa yoluxma başlanarsa, pandemiyanın uzadılmasına qərar verilərsə o zaman yenidən 2021-ci ilin əvvəlinə qədər dayandırılacaq.

“Burada tədris müddətində dərs vaxtının azaldılıb qısaldılması müzakirə olunmur. Çünki yoluxma olarsa bu 20 dəqiqə ərzində də baş verə bilər. Payız-qış aylarında respirator xəstəliklərin artması fonunda yoluxma yenidən xüsusi karantin səviyyəsində olarsa o zaman dərslərin dayandırılması və 2021-ci ilin yanvar ayından sonra başlanması da istisna deyil.’’

Qeyd edək ki, "Pandemiya dövründə təhsil" mövzusunda onlayn konfransda Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirmişdi ki, onlayn təhsil nə qədər yaxşı görünsə və pandemiyada ən vacib rolu olsa da üzbəüz təhsilin effektini vermir:

"Bəzi müəllimlərdə onlayn alətlərdən daha səmərəli istifadəni təəssüf ki, görmürük. Görülməli olan işlər daha çoxdur. İndi də işlər görülür, Təhsil Nazirliyinin bu məsələlərlə bağlı xüsusi platforması var. Ümid edirik ki, sentyabrda dərslərə pandemiyadan əvvəlki formada başlayacağıq, ancaq hər bir halda işlər görülür".

Gülbəniz Hüseynli / Metbuat.az


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı