SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/767_xatirlatma-jurnalistin-qanuni-pes-f-aliyy-tin-mane

SON XƏBƏR

Hamısı

XATIRLATMA: Jurnalistin qanuni peşə fəaliyyətinə mane olma cinayətdir. yoxsa....?!

(3 Yil, 9 Ay öncə) 1,61 B İzlenme 0 Yorum
Jurnalistin çəkiliş aparması üçün Qanunvericilikdə razılıq nəzərdə tutulmayıb-XATIRLATMA

ÜMİDTV.com:         Son zamanlar ölkəmizdə bəzi səlahiyyət sahibləri tərəfindən jurnalistlərin peşə fəaliyyətinə mane olma adi hal alıb. Baxmayaraq ki, ölkə Prezidenti hər zaman çıxışlarında jurnalistləri özünün köməkçiləri adlandırmaqla onları ictimai nəzarətdə fəal olmağa çağırıb. Lakin görünən odur ki, bəzi səlahiyyət sahibləri, dövlətin onlara verdiyi səlahiyyətlərdən sui-istifadə edərək, jurnalistlərin qanuni peşə fəaliyyətlərinə mane olurlar. Hətta aralarında elələri var ki, onlara hərəkətlərinin qanunsuz olduğunu deyirsən, cavabında "hara və kimə şikayət edirsən et" deyə bildirir.  

Ölkə Qanunvericiliyində təsbit olunan, "ÖZBAŞINALIQ",  "VƏZİFƏ SƏLAHİYYƏTLƏRİNİ AŞMA", "JURNALİSTİN QANUNİ PEŞƏ FƏALİYYƏTİNƏ MANE OLMA" kimi bu anlayışların hüquqi mənasında cinayətin tərkibini əks etdirən əlamətlər görünürmü?

Bu yazımızda, real baş verən hadisələrə dayanaraq, bəzi vəzifə səlahiyyətlilərinə Qanunvericilikdə təsbit olunan bu elementlərin hüquqi mənasını XATIRLADACAĞIQ  !

Birincisi, Jurnalistlərin fəaliyyəti "Kütləvi İnformasiya Vasitələri" haqqında Azərbaycan Respublikası Qanununu ilə tənzimlənir. 

Həmin Qanunun 1-ci maddəsində deyilir ki, "Azərbaycan Respublikasında kütləvi informasiya azaddır.

Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.

Kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, onlardan istifadə, onların idarə olunması, kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında qanunvericiliyində nəzərdə tutulan hallardan başqa, məhdudlaşdırıla bilməz".

Həmin Qanunun 7-ci maddəsində deyilir ki, "Kütləvi informasiya vasitələri üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir. Məlumatın və ya müsahibənin müəllifi olduqları hallardan başqa, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin, habelə siyasi partiyaların kütləvi informasiya vasitələrində yayılan məlumat və materialların qabaqcadan onlarla razılaşdırılmasını tələb etmək və ya yayılmasını qadağan etmək hüququ yoxdur."

Eyni Qanunun 8-ci maddəsində isə deyilir "Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz.

Dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, ictimai birliklər, siyasi partiyalar, vəzifəli şəxslər öz fəaliyyətləri haqqında məlumatı kütləvi informasiya vasitəsinin sorğusu əsasında, habelə mətbuat konfransları keçirmək yolu ilə, yaxud başqa formalarda verirlər.

İnformasiya almaq üçün sorğu yazılı və şifahi ola bilər. Tələb olunan informasiyanı adları çəkilən orqan, təşkilat və ictimai birliklərin rəhbərləri, onların müavinləri, mətbuat xidmətinin işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilərlər.

Məlumatın əldə edilməsi barədə yazılı sorğuya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.

Kütləvi informasiya vasitəsinin nümayəndəsi məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai birliklərdən, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə şikayət etmək hüququna malikdir."

Bu Qanunun 59-cu maddəsinə əsasən, "Kütləvi informasiya vasitələrinin təsisçilərinin, naşirlərinin, redaksiyalarının (məsul redaktorlarının), yayıcılarının və jurnalistlərin qanuni fəaliyyətinə vətəndaşlar, dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, siyasi partiyalar, habelə ictimai birliklər və ya vəzifəli şəxslər tərəfindən hər hansı müdaxilə, o cümlədən: senzura tətbiq etmək; peşə müstəqilliyini pozmaq; tirajı və ya onun bir hissəsini qeyri-qanuni müsadirə etmək, yaxud məhv etmək; jurnalisti informasiyanı yaymağa və ya informasiyanı çap etdirməkdən (efirə verməkdən) imtinaya məcbur etmək. jurnalistə informasiya verilməsi üzərinə, qanunla qorunan məlumatlar istisna olmaqla, məhdudiyyətlər qoymaq və ya informasiya verməkdən imtina etmək; jurnalist sorğusuna qanunla müəyyənləşdirilmiş müddətdə cavab verməmək; habelə jurnalistin bu Qanunla müəyyənləşdirilmiş digər hüquqlarını pozmaq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyətlə səbəb ola bilər."

Göründüyü kimi KİV haqqında Qanunun qeyd olunan maddi normalarında jurnalisitin üzərinə, çəkiliş aparmaq üçün qabaqcadan hansısa dövlət və qeyri dövlət təşkilatlarından , onların vəzifəli şəxslərindən icazə almaq vəzifəsi qoyulmamışdır. 

Buradan görünür ki, hansısa vəzifəli şəxs çəkiliş zamanı jurnalistin əlindən avadanlığını almaqla, ona çəkiliş aparmaq üçün qabaqcadan xüsusi  razılığın olmamasını əsas gətirərək, çəkiliş hüququnu məhdudlaşdırmaqla, jurnalistin qanuni peşə fəaliyyətinə mane olmaqla açıq-aşkar KİV haqqında Qanunun tələblərini pozur.

Bəs bu vəziyyətdə həmin vəzifəli şəxsin məsuliyyəti nədir ?

Qeyd olunan Qanun pozuntusu ilə bağlı Azərbaycan respublikasının Cinayət Məcəlləsində konkret norma mövcuddur. 

AR.CM-nin 163.1ci maddəsində, Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə - beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

163.2-ci maddəsinə əsasən isə, eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Göründüyü kimi, jurnalistin qanuni peşə fəaliyyətinə mane olma, onu informasiya toplamaq və yaymaq hüququndan məhrum etmək, avadanlığının əlindən alınaraq aidiyyatı təşkilata aparmaq, saatlarla əsassız olaraq aidiyyatı təşkilatda saxlamaq və heçnə olmamış kimi yola salmaq, birmənalı şəkildə cinayətdir !

Biz bu yazını real bir hadisə üzərində yazsaqda, real baş verən hadisəni Azərbaycanın milli dəyərlərinə hörmət əlaməti olaraq bu yazımızda açıqlamadıq.

Məqsədimiz bu qanunsuz hərəkətlərə yol verən, aşkarcasına cinayət törədən bəzi vəzifə səlahiyyətlilərinə Qanunun birmənalı tələblərini xatırlatmaq idi. 

İnanaq ki, həmin ünvanlı vəzifə səlahiyyətliləri bu yazıdan sonra öz məsuliyyətlərini dərk edəcəklər və bir daha dövlətin onlara verdiyi səlahiyyət imkanlarından sui istifadə edib jurnalistin qanuni peşə fəaliyyətinə mane olmaqla cinayət törətməyəcəklər. 

Ümid Tv Azərbaycan olaraq, bu bizim həmin qanunsuz hərəkətlərə yol verən, özünə tabe olan əməkdaşlarını da öz qanunsuz əməllərinə tabelik prinsipinə dayanaraq alət edən  vəzifəlilərə son XATIRLATMAMAMIZDIR !

Rəhman Cəbiyev / Ümid Tv Azərbaycan 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı