SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/761_karantin-rejimi-yumsaldilir

RƏSMİ

Hamısı

Karantin rejimi yumşaldılır

(3 Yil, 8 Ay öncə) 904 İzlenme 0 Yorum
Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov avqustda sərt karantin rejiminin ləğv ediləcəyinin anonsunu verib. Gündəlik yoluxma sayının azalan temp üzrə sabitləşməsi insanlarda sərt karantin rejiminin ləğvinə, ya da karantin rejiminin yumşaldılmasına ümidləri daha da artırır.

ÜMİDTV.com:      “Karantin rejiminin yumşaldılmasına getməliyik”

Məsələ ilə bağlı modern.az-ın suallarını cavablandıran Milli Məclisin Səhiyyə komitəsinin sədri Musa Quliyev də bildirib ki, artıq sərt karantin rejiminin yumşaldılmasına getməliyik:

“Amma istənilən halda nə qədər COVİD-19 dünya atmosferində dövran edir və yəqin ki, yaxın vaxtlarda da getməsi gözlənilmir, biz hamımız yeni qaydalarda-məsafənin gözlənilməsi, tibbi maskadan və davamlı olaraq dezinfeksiya vasitələrindən istifadə ilə yaşamağa öyrəşməliyik. Mütəxəssislərin bildirdiyinə görə, bu vasitələr yaxın 1-2 il ərzində bizim həyat tərzimizə çeviriləcək. Digər tərəfdən, səhiyyə maarifi işini həm özümüz öyrənməliyik, həm də yoldaşlarımıza, dostlarımıza öyrətməliyik. Hər hansı xəstə ilə yaxud xəstə yaxını ilə kontakta olduqda müayindən keçmək mütləqdir”.

Rayonlara gediş-gəliş bərpa olunur?

Deputat qeyd edib ki, yumşalma zamanı rayonlara gediş-gəlişin bərpası gözlənilir:

“Amma vacib olmadıqca insanlar evdə təcridə üstünlük verməli, ünsiyyəti minimuma endirməlidirlər. Güman olunur ki, yumşalma zamanı SMS icazə də ləğv edilsin, metronun fəaliyyəti də bərpa olunsun. Amma təbii ki, bütün bunlara sanitar-epidemiolji vəziyyət təhlil edildikdən sonra qərar veriləcək”.

M.Quliyev deyib ki, insanların kütləvi toplaşdığı tədbirlərlə bağlı qaydalar hazırlanacaq: “İnsanların ən çox toplaşdığı toy, yas mərasimləri, idman tədbirləridir. Müəyyən qaydalar çərçivəsində bunları da həyata keçirmək lazımdır. İstənilən halda yaxın bir il ərzində koronavirusla yaşamağa öyrəşməliyik”.

Yarım illik məsafədən təhsil...

Parlamentarinin sözlərinə görə, təhsil müəssiələrində təhsilin bərpası ilə bağlı avqustun 15-dən sonra qərar veriləcək:

“Bu, virusun özünü necə aparmasından asılı olacaq. Bəzi ölkələr koronavirusa qalib gəldiklərini bəyan etsələr də, yenidən sərtləşdirməyə getməyə məcbur oldular. Ona görə də avqustun ikinci yarısından sonra təhsillə bağlı qərar açıqlanacaq. Amma güman edilir ki, məsafədən təhsilə üstünlük veriləcək. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, bizim üçün əsas olan insanların sağlamlığıdır. Ola bilər ki, yarım il ərzində təhsili məsafən həyata keçirək”.

““Vəziyyət pisləşir, yoluxacaqsınız” deməklə maarfləndirmə olmur”

Komitə sədri deyib ki, karantin rejimilə bağlı insanlarda sosial, iqtisadi, psixoloji gərginlik artıb:

“Bunlar hamısı realdır və gözardı etmək olmaz. Amma bu, bizim yaratdığımız, təkcə bizim içərisində olduğumuz problem də deyil. Bütün dünya bu virusla mübarizə aparır. İndiki məqamda psixoloji yardım xidməti fəal olmalıdır. Xüsusilə televiziyalar insanları maarifləndirməlidir. Proseslərə çevik yanaşmalar sərgilənməlidir. Bəzən bir ay mütəmadi olaraq, televiziyalarda, saytlarda “vəziyyət pisləşir, yoluxacaqsınız və s.” məlumatlarla insanları qorxudurlar. 1 aydan sonra unudulur.

Bu cür maarifləndirmə olmur. Maarifləndirmə mütəmadi olaraq, insanlara psixoloji basqı edilmədən aparılmalıdır. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən prosesə nəzarət olunmalıdır. Təkcə virusun yayılması, testlərin götürülməsi, müalicələrin aparılması deyil, həm də sosial-psixoloji aspektlər də Operativ Qərargah tərəfindən daha fəal və çevik idarə olunmalıdır”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı