SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/741_prezident-az-rbaycana-d-st-k-ver-n-olk-bascisina-t

SON XƏBƏR

Hamısı

Prezident Azərbaycana dəstək verən ölkə başçısına təşəkkür etdi

(3 Yil, 9 Ay öncə) 7,52 B İzlenme 0 Yorum
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçə məktub ünvanlayıb.

ÜMİDTV.com:       Məktubda deyilir: "Hörmətli cənab Sədr,

İlk növbədə Sizə səmimi salamlarımı yetirirəm.

Ermənistanın qəfil və xain hücumu nəticəsində ordumuzun hərbçiləri və mülki vətəndaşımızın həlak olması ilə bağlı göndərdiyiniz başsağlığına və ölkənizin son hadisələrlə bağlı obyektiv mövqeyinə görə Sizə öz adımdan və Azərbaycan xalqı adından minnətdarlığımı bildirirəm.

Məlum olduğu kimi, cari ilin 12 iyul tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan və Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə edərək atəşkəs rejimini kobud şəkildə pozmuş, hərbi təxribata əl atmışdır. Əks həmlələr və cavab atəşi nəticəsində hücum dəf edilsə də, növbəti günlərdə Ermənistanın hərbi-siyasi rəhbərliyi öz avantürist və təcavüzkar siyasətindən əl çəkməyərək hərbi və mülki obyektlərin, dinc sakinlərə məxsus evlərin bombalanması ilə bağlı göstərişlər vermişdir.

Bildiyiniz kimi, 30 ilə yaxın müddətdir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayon Ermənistanın işğalı altındadır, bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin düşmüşdür. Son hadisələr bir daha Ermənistan rəhbərliyinin ikiüzlü, ölkənin isə təcavüzkar olduğunu nümayiş etdirdi. Məhz bu səbəbdən qeyd olunan hücum Ermənistanın işğalçı siyasətinin davamıdır.

Bu hadisələr zamanı hərbçilərlə yanaşı, uşaq, qadın və yaşlı insanların hədəfə alınması, öldürülməsi Xocalı soyqırımını həyata keçirənlərin hələ də hazırkı Ermənistan iqtidarında təmsil olunduğunu təsdiq etdi.

Ölkəmizin hərbi qüdrəti, qəhrəman övladlarımızın şücaəti sayəsində Ermənistanın məkrli və çirkin təxribatının qarşısı qətiyyətlə alındı və bundan sonra da alınacaqdır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunması ilə bağlı Bosniya və Herseqovinanın ədalətli mövqeyinə görə Sizə bir daha təşəkkür edirəm.

Biz də öz növbəmizdə 1995-ci ildə Srebrenitsa faciəsini yaşayan Bosniya xalqının dərdinə şərik çıxır, qətliam qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edirik.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq və tərəfdaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın rifahı naminə bundan sonra da genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bosniya və Herseqovina xalqına daim firavanlıq və əmin-amanlıq arzulayıram".


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı