SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6849_hulusi-akar-yunanistana-cavab-verdi

TÜRKİYƏ

Hamısı

Hulusi Akar Yunanıstana cavab verdi

(2 Yil, 5 Ay öncə) 1,62 B İzlenme 0 Yorum
Hulusi Akar Yunanıstana cavab verdi

Türkiyənin müdafiə naziri Hulusi Akarın sədrliyi ilə ordu komandanları, eləcə də ölkədə və xaricdə fəaliyyət göstərən hərbi birliklərin komandirlərinin iştirakı ilə toplantı keçirilib.

Videokonfrans formatında baş tutan tədbirdə Silahlı Qüvvələrin cari əməliyyatları, həmçinin terrorla mübarizə və Şərqi Aralıq dənizindəki vəziyyət kimi aktual mövzular müzakirə olunub.

Nazir çıxışında Türkiyəni təcavüzkarlıqda ittiham edən Yunanıstanın bəzi dairələrinə tutarlı cavab verib.

 

“Biz Ege və Şərqi Aralıq dənizində baş verənləri də yaxından izləyirik. Heç bir şəkildə aqressiv deyilik, orada haqqımızı müdafiə edirik. Türkiyə bütün fəaliyyətini ağlabatan, məntiqli və sakit şəkildə həyata keçirir. Biz bu şəkildə davranarkən, Yunanıstan təxribat xarakterli, gərginliyi artıran, aqressiv ritorika və hərəkətlərə yol verir. Yunanıstan rəsmiləri sanki Türkiyənin ölkələrinə qarşı bir həmləsi varmış kimi ifadələr işlədirərək “Yunanıstan məsum, Türkiyə isə təcavüzkardır” təsəvvürünü yaratmağa çalışırlar. Amma tarix və indiki proseslər açıq şəkildə göstərir ki, təcavüzkar və ekspansiyaçı özləridir”, - deyə Akar bəyan edib.

Nazir həmçinin, yunan tərəfinin dənizdə miqrantları ölümə tərk edərkən Türkiyəni təcavüzkar adlandırmağını riyakarlıq və ikiüzlülük adlandırıb.

Mənbə: “Haber Global”


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı