SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6821_muharib-y-sahid-olan-jurnalist-g-nc-d-insan-b-d-ni

CƏMİYYƏT

Hamısı

Müharibəyə şahid olan jurnalist: “Gəncədə insan bədəninin bir hissəsini görmək çox ağır idi” - VİDEO

(2 Yil, 5 Ay öncə) 1,30 B İzlenme 0 Yorum
Müharibəyə şahid olan jurnalist: “Gəncədə insan bədəninin bir hissəsini görmək çox ağır idi” - VİDEO

“Müharibə dövründəki ən ağır çəkilişlərimizdən biri Gəncədə oldu. Gözümün qabağında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dağıntılar altından insan bədəninin bir hissəsini çıxardı. Həmin dəhşətli hadisə hələ də gözümün önündən getmir. Elə o an dayanıb özümə “İlahi, mən hara gəlmişəm?” sualını verdim”.

Bu fikirləri “Report”a 44 günlük Vətən müharibəsində keçmiş cəbhəyanı ərazilərdə jurnalist kimi fəaliyyət göstərən İsmayıl Nəsibli deyib.

Onun sözlərinə görə, keçmiş cəbhəyanı ərazilərdə olmaq, müharibəni daha yaxından izləyib oradan xəbərləri çatdırmaq tam başqa hiss idi: “Mən orada erməni vandallığına, onların törətdiyi vəhşiliklərə yaxından şahid oldum. Mülki insanları hədəfə alan, düşmənin atdığı raketlər nəticəsində yaralanan, dünyasını dəyişən insanları görmək, həmin ərazilərdə çəkilişlər etmək həqiqətən ağır idi.

 

Biz, əsasən Tərtər, Ağdam, Bərdə rayonlarında olurduq. Oradan oxuculara xəbərləri anında çatdırır, ərazilərdə çəkilişlər aparırdıq. Amma Gəncəyə raket atıldığı xəbərini eşidəndə yerimdə dayana bilmədim, çəkiliş heyətimizlə birgə oraya yollandıq. Gəncədə gördüklərim məni dəhşətə gətirdi”.

İ.Nəsibli qeyd edib ki, oktyabrın 27-28-də Ermənistan Silahlı Qüvvələrinin Bərdəni bombaladığı an rayon ərazisində olub: “Smerç” raketlərinin bombacıqları bir neçə metr yaxınlığımıza düşdü. Hər tərəfdən gurultulu səslər gəlirdi. Tez avtomobilin yandığı əraziyə getdik. Gördüklərimizdən dəhşətə gəldik”.

“Amma şükürlər olsun ki, nə erməni vandallığının qurbanı olan mülki insanlarımızın, nə də şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan Ordusu qisasımızı alıb 30 il düşmən tapdağında olan torpaqlarımızı azad etdi”, - o vurğulayıb.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı