SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6818_-44-gunun-q-hr-manlari-layih-si-c-rciv-sind-t-l-b-

CƏMİYYƏT

Hamısı

“44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilib - FOTO

(2 Yil, 4 Ay öncə) 1,88 B İzlenme 0 Yorum
“44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilib - FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri ilə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığıyla noyabrın 10-da “44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təşkil olunmuş görüşdə ilk olaraq şəhidlik zirvəsinə ucalan tələbə-məzunların xatirəsinə yaradılmış abidə ziyarət edilib.

Daha sonra tədbir dövlət himninin səslənməsi ilə öz işinə başlayıb, Vətənimizin bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir universitetin Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli və “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürovun açılış nitqləri ilə davam edib. Çıxış edənlər öz nitqlərində Vətən müharibəsi haqqında maarifləndirici görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqillik tariximizin ən böyük zəfərini xalqımıza yaşatmış qəhrəmanlarımızın tanıdılması və gənc nəslə örnək olmasının  vacibliyini vurğulayıblar.

 

Çıxışların ardınca 44 günlük şanlı zəfər yolunu özündə əks etdirən videoçarx nümayiş olunub. Daha sonra Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Üzv təşkilatlar və tələbə klublarla iş sektorunun rəhbəri Orduxan Qəhrəmanzadə Gənclər Fondunun dəstəyi ilə ərsəyə gəlmiş “Azərbaycan Gəncliyi Vətən Müharibəsində” adlı jurnalı, “Böyük Qayıdış” Gənclər Təşkilatının nümayəndəsi Elşən Qəhrəmanov isə https://shehidimiz.az/ saytını təqdim ediblər.

“Böyük Qayıdış” təşkilatının idarə heyətinin üzvü, bir çox xüsusi döyüş əməliyyatlarının və Aprel döyüşlərinin iştirakçısı, Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev öz çıxışında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun 30 illik Vətən həsrətinə necə son qoyduğunu, xalqımızı illərdir düşmən tapdağı altında olan torpaqlarımıza necə qovuşdurması və ərazi bütövlüyümüzü bərpa etməsi haqqında danışıb.

Tədbirin qonaqları olan Vətən müharibəsi qaziləri – Cavid Həsənov, Hüseynalı Hüseynalıyev və Kamal Abasov çıxışları zamanı 44 günlük Vətən müharibəsi ilə bağlı xatirələrini tələbələrlə bölüşüblər. Onlar Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası ilə mərd oğullarımızın yüksək peşəkarlıqla nümayiş etdirdiyi Vətənimizin ərazi bütövlüyünü və suverenliyini təminetmə əməliyyatının dünya hərb tarixinə düşməsi ilə qürur duyduqlarını bildiriblər. Bununla birlikdə Vətən müharibəsi zamanı Azərbaycan Dövlət və Neft Sənayesi Universiteti məzunlarının da böyük fədakarlıq göstərdiyini vurğulayaraq bu xüsusda universitetin kollektivinə minnətdarlıqlarını ifadə ediblər.

Çıxışların ardınca baş tutmuş sual-cavab sessiyasında qonaq qazilər tələbələrin suallarını cavablandırıb, uğurlarının ən başlıca səbəbi kimi Ali Baş Komandanın qüsursuz strategiyası, əsgər və zabitlərimizdə birlik və ruh yüksəkliyi olduğunu vurğulayıblar.

Son olaraq görüşə ev sahibliyi edən universitetin tələbələri adından Azərbaycan Dövlət və Neft Sənayesi Universitetinin tələbəsi Rüfət Rüstəmov çıxış edərək qəhrəmanlarımıza təşəkkür edib.

Qeyd edək ki, layihə çərçivəsində paytaxt və regionlarda yerləşən böyük tələbə auditoriyasına malik ali təhsil müəssisələrinin tələbələri ilə Vətən müharibəsində şücaət göstərmiş gənc qazilərimizin görüşləri mütəmadi əsasda davam etməkdədir.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı