SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6816_aleksey-pilko-rusiya-mu-yy-n-q-d-r-erm-nistani-xil

DÜNYA

Hamısı

Aleksey Pilko: “Rusiya müəyyən qədər Ermənistanı xilas etdi”

(2 Yil, 4 Ay öncə) 1,06 B İzlenme 0 Yorum
Aleksey Pilko: “Rusiya müəyyən qədər Ermənistanı xilas etdi”

Azərbaycan, Rusiya və Ermənistan arasında gözlənilən və hətta elan edilən görüş və yeni üçtərəfli bəyanatın imzalanması noyabrın ilk ongünlüyündə baş tutmadı.

Görüş barədə “RİA Novosti” mənbələrinin məlumat verməsinə və Kremlin mətbuat katibi Dmitri Peskovun da təsdiq etməsinə baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyan çox güman ki, daxili amillərin təzyiqi altında görüş və müqavilələrin imzalanması ilə bağlı məlumatları təkzib edib. Bundan sonra Dmitri Peskov vaxtla bağlı dəqiq razılaşmaların olmadığını söyləməyə məcbur oldu.

Erməni müxalifəti “yeni kapitulyasiya sazişi”nin hazırlandığı barədə xəbərdarlıq edib, hətta əvvəlki bəyanatlar altında imzaları geri götürməyi tələb edib və etiraz aksiyasına başlayıb, barrikadalar qurmağa hazır olduğunu bəyan edib. Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsinin ən çox qorxduğu məqam Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır ki, bunu onların eks-prezidenti Robert Koçaryan açıq şəkildə bəyan edib.

 

Tarixçi alim, Rusiya Avrasiya Kommunikasiya Mərkəzinin direktoru Aleksey Pilko Oxu.Az-a müsahibəsində üçtərəfli görüşün gec-tez baş tutacağını qeyd edib:

- Münasibətlərin tənzimlənməsi qaçılmazdır, Ermənistanla Azərbaycan arasında münaqişəyə son qoyulmalı, Sovet İttifaqının dağılmasından sonra yaranmış miras məhv edilməlidir. Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli formatı bütün məsələlərin həlli üçün bünövrə rolunu oynaya bilər.

Təbii ki, problem mürəkkəbdir, çünki hər şey təkcə İrəvanla Bakının münasibətindən asılı deyil. Cənubi Qafqazda və Yaxın Şərqdə müxtəlif maraqları olan çoxlu oyunçular var. Türkiyə, İran faktorları var.

Ancaq son vektor aydındır. Kimin və nəyin gecikdirməsindən asılı olmayaraq, görüş keçiriləcək və orada lazımi formula işlənəcək. Rusiyanın gələn il Qafqazda özünü daha fəal aparacağını istisna etmirəm. Moskvaya sabit vəziyyət lazımdır. Ortamüddətli perspektivdə isə dediyim kimi, Azərbaycanla Ermənistan arasında münasibətlərin tam nizamlanması olacaq.

Azərbaycanlılar və ermənilər yanaşı yaşayırlar, keçən əsrin birinci yarısında hətta Azərbaycanla Ermənistanın daxil olduğu Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası var idi.

Strateji baxımdan, iqtisadiyyat nöqteyi-nəzərindən baxsanız, bütün mürəkkəbliyi və çaşqınlığı ilə bu, planetimizdə mövcud olan ən pis münaqişə deyil. Sülhün alternativi yeni, daha genişmiqyaslı müharibə deməkdir. Bu kimə lazımdır?

Nəqliyyat dəhlizlərini açmaq, iqtisadi layihələr yaratmaq və onları inkişaf etdirmək, siyasi nizamlanmanın üfüqlərini müəyyən etmək lazımdır.

Aydındır ki, müxalifət bütün ölkələrdə, xüsusən də müharibə və sülhlə bağlı məsələlərdə hakimiyyəti tənqid edir. Ancaq gec-tez sual konkret olacaq: ya müharibə, ya da sülh.

- Ermənistanda qeyri-parlament müxalifətinin sərt bəyanatlar verməsini anlayıram. Amma lideri “Rusiyanın adamı” sayılan Robert Koçaryan olan “Ermənistan” bloku da Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və Azərbaycanın ərazi bütövlüyünün tanınmasının qəti əleyhinə çıxış edir.

- “Moskvanın adamı” nə deməkdir? Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçi də “Moskvanın adamı” adlandırırdılar. Nə olsun? Bu, abstrakt təfəkkürdür.

Ermənistan KTMT və Aİİ-nin üzvü olub və indi də üzvüdür, həm də Robert Koçaryandan əvvəl və ondan sonra da öz kursunu davam etdirib. Rusiyanın Ermənistan siyasətinə tam nəzarət etdiyini demək olmaz.

Robert Koçaryan siyasətçidir, diqqətçəkən bəyanatlar verməlidir. O, Azərbaycanın ərazi bütövlüyünü tanımaya bilər, o hakimiyyətdə deyil, siyasi fəaldır. Rusiyada Vladimir Jirinovski də bir çox fərqli bəyanatlar verib, çəkmələri Hind okeanında yumağa çağırıb, amma bunu heç kim ciddi qəbul etmir.

- Və daha bir vacib məqam: Ermənistandakı müxalifət qüvvələrinin tez-tez səsləndirdiyi tezis. “Rusiyanın zəifləməsi bizə Ermənistanın suverenliyini bərpa etməyə imkan verəcək”. Bu barədə ötən gün Milli Demokratik Qütbdən olan Ara Papyan bəyan edib. İrəvanda keçirilən mitinqlərdə Rusiya əleyhinə şüarlar səslənir...

- Əslində, bir il əvvəl Rusiya “Qarabağ böhranı”na ən son anda qarışdı və hətta Ermənistanı müəyyən qədər xilas etdi. Belə bəyanatlar isə Rusiyaya qarşı hansısa incikliyin təzahürüdür, çünki Rusiya Federasiyası KTMT-də Ermənistanın müttəfiqidir. Amma KTMT çərçivəsində sazişlər yalnız Ermənistanın özünə hücum olacağı təqdirdə yardımı nəzərdə tutur, bu, isə belə deyildi. Müharibə Qarabağda gedirdi. Rusiyada heç kim Qarabağ uğrunda döyüşə girmək istəmirdi və istəmir.

Moskvanın həm Bakı, həm də İrəvanla yaxşı münasibətləri var. Ona görə də inciyəcək bir şey yoxdur. İndi Rusiya Ermənistanın təhlükəsizliyinin yeganə təminatçısıdır. Qarabağ isə başqa məsələdir.

Yeri gəlmişkən, xatırlatmaq istərdim ki, Ermənistan özü Qarabağın müstəqilliyini heç vaxt tanımayıb. Qarabağ Kosovodan fərqli olaraq, bütün dünya ölkələri tərəfindən Azərbaycanın bir hissəsi kimi tanınır.

Nair Əliyev


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı