SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6804_abs-da-moht-s-m-z-f-r-gunu-t-dbirl-ri-davam-edir-f

DÜNYA

Hamısı

ABŞ-da möhtəşəm Zəfər Günü tədbirləri davam edir - FOTO

(2 Yil, 5 Ay öncə) 1,75 B İzlenme 0 Yorum
ABŞ-da möhtəşəm Zəfər Günü tədbirləri davam edir - FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ABŞ-da fəaliyyət göstərən Azərbaycan icmasının və Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri ilə görüşüb.

Komitədən Oxu.Az-a verilən məlumata görə, Nyu-York ştatında baş tutan görüşdə ABŞ-ın müxtəlif ştat və şəhərlərində fəaliyyət göstərən diaspor aktivləri iştirak ediblər.

Tədbirdə çıxış edən Fuad Muradov 8 noyabr - Zəfər Günü münasibətilə bütün azərbaycanlıları təbrik edib. Vətən müharibəsi dönəmində Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq naminə nümayiş etdirdikləri birlik, həmrəylik fəaliyyətlərinə görə diaspor aktivlərinə minnətdarlığını bildirib.

 

Qeyd olunub ki, 27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası yaradılıb, xaricdə yaşayan azərbaycanlıların şəbəkələşməsi və vahid platformalarda birləşməsi üçün mühüm addımlar atılıb. Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının fəaliyyətindən danışan komitə sədri bildirib ki, şura Amerikadakı soydaşlarımızın və diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi işində uğurlu yol qət edib.

ABŞ-ın Nyu-York şəhərindəki Karnegi konsert zalında isə 8 Noyabr - Zəfər Günü münasibətilə bayram konserti keçirilib.

Konsert Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Florida Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminovanın və Florida Texnologiyalar Universitetinin professoru Pərvin Muradova-Dilbazinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycanın BMT yanında nümayəndəsi Yaşar Əliyev, Amerika Yəhudi Komitəsinin Rusiya ve Avrasiya üzre direktoru Samuel Kliger, tanınmış jurnalist İrina Tsukerman, ABŞ-da yaşayan rus, türk, yəhudi icmalarının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Konsertdən öncə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirakçılara ötən il Azərbaycan torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün təmin olunması naminə aparılan Vətən müharibəsində xalqımızın qazandığı parlaq qələbə barədə ətraflı məlumat verib, bu zəfərin regionda sülh və sabitliyə ciddi töhfə olduğunu bildirib.

Konsertdə musiqiçilər Kamilla Məmmədova, Səmra Əmiraslan, Haoven Xiao (piano), Mişa Vitenson (violin), Sara Nordin və Soyeon Yu (vokalçı) Azərbaycanın xalq və bəstəkar mahnılarını ifa ediblər.

Tədbir çərçivəsində Azərbaycanı zəfərə aparan hadisələri əks etdirən fotosərgi də nümayiş etdirilib.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı