SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6799_avropali-g-ncl-r-agdam-h-qiq-tl-rini-dunyaya-catdi

SON XƏBƏR

Hamısı

Avropalı gənclər Ağdam həqiqətlərini dünyaya çatdıracaq - FOTO

(2 Yil, 5 Ay öncə) 1,41 B İzlenme 0 Yorum
Avropalı gənclər Ağdam həqiqətlərini dünyaya çatdıracaq - FOTO

“Avropa Gəncləri Sülh Naminə” adlı Beynəlxalq Gənclər Forum çərçivəsində Avropanın 21 ölkəsini təmsil edən nüfuzlu gənclər təşkilatlarının 30-dan çox rəhbəri, gənc liderlər və fəal gənc ekspertlər Ağdam şəhərinə səfər ediblər.

Azərbaycan Gənclər Fondundan verilən məlumata görə səfər çərçivəsində Avropalı nümayəndələr Ermənistan tərəfindən işğal dövründə törədilmiş dağıntı və vandalizmin nəticələrini müşahidə edərək, Ağdam şəhərinin tarixi və mədəni irsinə qarşı törədilmiş cinayətin canlı şahidi olub, gördükləri mənzərə qarşısında dəhşətə gəldiklərini dilə gətiriblər.

Səfər zamanı nümayəndələr həmçinin işğaldan azad edilmiş torpaqlarda hazırkı mövcud vəziyyətlə tanış olub, Ağdam rayonunda Pənahəli xanın imarəti, İmarət stadionu, Ağdam Cümə və Qiyaslı məscidləri və Ağdam Dövlət Dram Teatrına ziyarət edərək, Ağdam şəhərinin tarixi, mədəniyyət abidələri haqqında məlumat əldə edib, Ağdamın Baş Planı ilə tanış olublar.

 

Qonaqlar Qarabağ torpağının ölkəmiz üçün hansı əhəmiyyəti olduğunu dilə gətirib, bundan sonra da haqq səsimizi geniş miqyasda çatdırmaq üçün dəstək olacaqlarını bildiriblər.

Nümayəndələrin növbəti gün Gəncə şəhərini ziyarət etməsi, raket hücumuna məruz qalmış ərazilərə ziyarəti və panel müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, sözügedən Beynəlxalq Forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı ilə keçirilir.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı