SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6783_s-mkirli-is-adami-tural-zeynalovdan-sok-aciqlama-

SON XƏBƏR

Hamısı

Şəmkirli iş adamı Tural Zeynalovdan ŞOK AÇIQLAMA !

(2 Yil, 5 Ay öncə) 5,44 B İzlenme 0 Yorum
Şəmkirli iş adamı Tural Zeynalovdan ŞOK AÇIQLAMA !

ÜMİDTV:    Şəmkirli iş adamı  Tural Zeynalov haqqında ictimaiyyət kifayət qədər məkumatlıdır. Hər zaman xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən Tural Zeynalov Vətən savaşında da öz missiyasını layiqincə yerinə yetirdi. Bu barədə sosial şəbəkədə kifayət qədər paylaşımlar yer almaqdadır. Nədənsə ölkəmizdə hər zaman Vətənpərvərlər hədəfə alınır. Yəqin yardımsevərlik, xeyirxahlıq, vətənpərvərlik missiyası  kimlərinsə xoşuna gəlmir. Kimlərinsə dediyimizdə, əslində Azərbaycan vətəndaşına və ehtitaclı ölkə vətəndaşına yardım edən xeyirxah insanlara yuxarıdan aşağıya baxan bəzi səlahiyyət sahiblərini nəzərdə tuturuq. 

Məhz Tural Zeynalova qarşı Şəmkirdə olunan haqsızlıqlardan da hər birimizin məlumatı var.  Gəlin birlikdə olanları elə Tural Zeynalovun öz dilindən eşidək. 

Belə ki, Tural Zeynalov özünün facebook səhifəsində başına gələnlərdən danışıb. Paylaçımı redakta etmədən olduğu kimi  təqdim edirik.

TURAL ZEYNALOV:  "Salam olsun vicdanlı və ləyaqət sahibi olan şəxslərə. 23.06.2021-ci il tarixdə əvvəlcədən hazırlanmış ssenari üzrə başlanmış və rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsilə araşdırılan cinayət işimə(bundan sonra tele serial) 02.11.2021-ci il tarixdə rəsmi qaydada cinayət işinin yekunlaşdığı mənə və müdafiəçim Akif İsmayılova elan edildi. Nəzərinizə çatdırmaq istəyirəm ki, hazırlanmış ssenariyə görə hadisənin cərəyan etdiyi "Qala ailəvi" restoranımda baş rollarda qanunun keşiyində durmalı olan şəxsin qanuni tələblərini pozaraq ona qarşı etdiyim(guya) tabesizliyə görə mənim qanunsuz hərəktlərimin qarşını almaq məqsədilə aparmış və məndə onu öz iş otağında vuraraq ona ağırlıq dərəcəsi yüngül olan bədən xəsarəti yetirmişəm ki, buna görə AR CM-nin 315-ci maddəsilə barəmdə cinayət işi açılmışdır. Lakin komediya qurtardığından sizlərə hadisənin tam süjetini nəzərinizə çatdırmaq fikrindəyəm. Odur ki, sizlərə hadisənin başladığı, QALA restoranında mənə və atama, o cümlədən "kinonun" digər iştirakçılarına qarşı edilən haqsızlığa dözməyib öz pozulmuş hüquqlarımı tələb etməyimlə başlanan bədii müqəddimə, sonda hər bir bədii filmdə olduğu kimi mənim haqsızlıqla üzləşməyimlə nəticələnir. Lakin düz insanların səyi nəticəsində azad olunmağımla hüquqlarımı və özümü müdafiə etməyə çalışdıqca bu yolda saxta şahidlər və yalan dolu sübutlarla üzləşdim ki, onların hamısının saxta olması ilə bağlı məndə danılmaz və mötəbər sübutlar vardır. Dövlət məmurlarının bilərəkdən əleyhimə qərəzli olaraq yığdığı  "saxta sübutları", etmiş olduqları haqsızlıqları sağlam düşüncəli insan kimi onların şəxsində yol verdikləri səhv kimi görürəm. Çünki ARK 12.1-ci maddəsində qeyd edilən "dövlətin ali məqsədi" vətəndaşlarına layiqli həyat tərzinin təmin edilməsidir. Bu səbəbdən öz işini lazımsız və xəstə maraqlar çərçivəsində aparan məmurlara çatdırmaq istəyirəm ki, onların barəsində məndə istintaqın belə xəbəri olmayan mötəbər sübutlar vardır. Sonda bildirim ki, hər şənbə günü saat 23:00-da "Qalada toy" adlı tradikomik tele serial sizlərə təqdim ediləcək. 1-ci seriyası 06.11.2021-ci il tarixdə saat 23:00 da olacaq. Sizləri əmin edirəm ki, həmin serial real hadisələr əsasında, vətəndaşlarda dövlətimə qarşı inamsızlıq yaradan saxta məmurlar və ədalət üçün çarpışan şəxs barəsindədir. Hadisələrin real olduğunu sizlərə əlimdə olan sübutları təqdim edərək başlayacam".

Qarşı tərəf mövqeyini bildirərsə dərc etməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.

ÜmidTv Azərbaycan


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı